Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Balanssız mühasib (6-cı hissə)

Balanssız mühasib (6-cı hissə)

Vera Xomiçevskaya

İki klassik sual 

İndi yuxarıda sadalanan, lakin, təhlil üçün təxirə salınan bütün stress amillərini ümumiləşdirək və indi bu dünyada varlığınızın bu iş xaricində başqa yollarını görmədikdə, nə edəcəyiniz barədə danışaq? İki klassik sualdan hansı birinə cavab vermək barədə qərar qəbul edək: “Təqsirkar kimdir?” və ya “Nə etməli?”

Yol yalnız birdir – əvvəlcə özünüzlə dürüst davranın. Sağlamlığa, psixikaya mənfi təsir göstərən amillər nəzərdən keçirilməlidir, dərk edilməlidir. Görünən düşmən, görünməz düşməndən daha zəifdir.  Stressin dərkolunan mənbəyinə, ən azından, diaqnoz qoymaq və onu azaltmaq üçün tədbirlər görmək mümkündür. Xoşbəxtlikdən, indi stresslə mübarizə üçün ədəbiyyat və əlaqədar kurslar kifayət qədərdir. O cümlədən, mühasiblər üçün də unikal şəxsi təlimlər də yaradılmışdır.

Belə bir köhnə həqiqəti xatırlamaq yerinə düşər ki, əgər nəyi isə dəyişdirmək mümkündürsə - onu dəyişdirmək lazımdır, əgər nəyi isə dəyişdirə bilmiriksə - belədə ona buna münasibəti dəyişdirmək lazımdır, birincini ikincidən fərqləndirməyi öyrənmək isə lap əla olardı.


Balanssız mühasib (1-ci hissə)

Balanssız mühasib (2-ci hissə)

Balanssız mühasib (3-cü hissə)

Balanssız mühasib (4-cü hissə)

Balanssız mühasib (5-ci hissə)


Nəzərə alsaq ki, mühasiblərin az qala əksəriyyəti bu işi “sevgi ilə”, daxili çağırışla deyil, lazım gəldikdə, öz bacarıqlarını tətbiq etməyin başqa yollarını görmədiklərinə görə, bir növ “hesablayaraq” seçdiklərindən, onlara ilk addım kimi ətraf aləmin geniş mənzərəsinin, onun imkanlarının genişləndirilməsi üçün treninqlər və təcrübə keçmək təklif etmək olar.

Erkən doxsanlardan fərqli olaraq, indi daha çox təbiətən sağ yarımkürəli düşüncə tipinə malik olan qadınlara xas qeyri-standart, yaradıcı fəaliyyət növlərinə tələbat var. Həqiqi maraqlı və duyğularda əks olunan və rasional bir ağılın mövcudluğunun formulu kimi ortaya çıxmayan bir şey tapın, məqsədi formalaşdırın və ona doğru getməyə başlayın. Nəyi isə öyrənmək, haradasa məsləhət almaq, nəhayət özünüzü sırf özünüz olmağa, uğurlu olmağa imkan vermək lazımdır. Və buna nail olmaq lazımdır! Öz şəxsi düşüncənizlə qurduğunuz qapalı dairədən tədricən, addımbaddım çıxmağa çalışın.

Çünki həyatımızda hər hansı bir şey bizim üçün tamamilə narahatdırsa və onu dəyişdirə biləcəyimiz mümkün deyilsə, özümüzdən dürüst şəkildə soruşmalıyıq – biz həqiqətən “bacarmırıq” və ya çox güman ki, tam şəkildə dərk etmədən bunu “istəmirik”. Belə vəziyyətə çıxılmaz hal kimi bəraət qazandırmaq, əlbəttə ki,  pisləşən sağlamlığa görə məsuliyyəti tam şəkildə xarici şəraitin üzərinə qoymaq kimi bir şeydir. Bu hər kəsin şəxsi seçimidir.

Lakin, əgər işlə həqiətən “sağollaşmaq” mümkün deyilsə (daha dəqiqi, - siz özünüzdə belə bir istək görmürsünüz), belədə onunla yaşamağı öyrənmək lazımdır. Özü də elə yaşamaq lazımdır ki, bunun nəticələri sizin şəxsiyyətinizdən və sağlamlığınızdan ötrü az dağıdıcı olsun. Burada bir tərəfdən  “lazımdır” ilə digər tərəfdən “etməliyəm” arasında balans qurmaq (burada mühasibatlıq balansından söhbət getmir) lazımdır. Birinci tərəf üçün müəyyən hədləri təyin etmək, işi rasionallaşdırmaq (taym-menecmentin tövsiyələrindən istifadə etməklə) rəhbərliyin və tabeçilərin manipulyasiyalarını dərk etmək, bu manipulyasiyalara uymamağı öyrənmək lazımdır.

Qanuni şəkildə “Yox!” deməyi öyrənmək lazımdır. İşləri elə bölüşdürmək lazımdır ki, sizə yalnız etməli olduğunuz işlər qalsın və digərlərinə həvalə etdiyiniz işləri isə keyfiyyətlə yerinə yetirilməsini tələb etməyi öyrənməlisiniz.  Öz həyatınıza “mənim şəxsi vaxtım” kateqoriyasını daxil edin və öz istirahətiniz üçün elə variantları tapmalısınız ki, onlar sizə “sağ yarımkürəli” xüsusiyyətlərinizin imkanlarından istifadə etmək imkanı versin.

Və bir də tez-tez bu sözləri xatırlamaq lazımdır: “Xoşbəxt olmaq istəyirsən? Onda xoşbəxt ol!”.     
 

Tarix : 29.12.2021

Baxışların sayı: 8791