Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Balanssız mühasib (4-cü hissə)

Balanssız mühasib (4-cü hissə)

Vera Xomiçevskaya

Kollektiv

Stressin növbəti faktorunu ümumiləşdirərək –  mən onu “kollektiv” amil adlandırardım. Niyə ümumiləşdirilmiş?

Ona görə ki, müxtəlif şərtlər altında bu anlayış müxtəlif komponentlərə daxil ola bilər!

Əgər biz tabeliyində ştatlı işçiləri olmayan baş mühasibdən danışırıqsa (bir qayda olaraq – kiçik müəssisədən söhbət gedir), onda bu halda “kollektiv” – ilk növbədə rəhbərlik edən şəxs və sahibkardır.  Əgər mövcud mühasibat qaydalarının sahibkarlıq fəaliyyətini təşviq edən amillər olmadığını söyləyirəmsə, heç də özümdən Amerika kəşf etmirəm. Baş mühasib olduğum dövrdə mən müntəzəm olaraq öz rəhbərlərimin yanlış baxışlarını üzərimdə hiss edirdim, onlar təkcə ilkin uçot sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini tələb və (çox vaxt) israr etdiyimə görə məni fiskal orqanlara həddindən artıq məhəbbətdə şübhəli bilirdilər. Və əgər bu məsələdə tək mən olsaydım, yenə dərd yarı idi! Heyhat! Baş mühasibin müəssisənin işinə əngəl olması ilə bağlı şübhələr – təəssüflər olsun ki, bizdə kütləvi hal alıb! Bir çox hallarda idarəetmə uçotu ilə bağlı bir çox müəssisə rəhbərlərinin savadsızlığı və hətta bu sahənin qəsdən qiymətləndirilməmiş mürəkkəbliyi ilə bu amil daha da ağırlaşır.


Balanssız mühasib (1-ci hissə)

Balanssız mühasib (2-ci hissə)

Balanssız mühasib (3-cü hissə)


Bir qayda olaraq, müəssisənin bütün digər şöbələrinin işçiləri mühasibatla əlaqəli hər şeyə eyni münasibət göstərirlər. Bax, budur daha bir stres amili – indi “ilkin sənədlərin” düzgün və vaxtında yerinə yetirilməsini tələb etmək – heç də axmaqlıq deyil, sərt bir zərurətdir!

Əgər baş mühasibin köməkçiləri varsa, o zaman yüksək səviyyədə kadr idarəetmə sənətinə yiyələnmək, qrupdaxili və qruplararası ziddiyyətləri həll etmək və əlavə olaraq kifayət qədər məsuliyyətlə sərmayə qoymayan mühasib-əməliyyatçıların səhvlərini daima düzəltmək lazımdır. Və biz bunu da aralıq dəlil kimi “ehtiyatda” saxlayaq.

Avtomatlaşdırma

Bu məqalədə nəzərdən keçirmək istədiyimiz stress amillərinin sonuncusu, mühasibat avtomatlaşdırılması ilə bağlı yeni proqramların daim mənimsənilməsi zərurətidir. Siz təəccüblüdür deyəcəksiniz – axı, çoxsaylı proqramlar bütün mühasibat problemlərini asanlaşdırmaqdan ötrü yaradılmışdır! Bu,şübhəsiz ki, doğrudur, eləcə də hər şey üçün bir şey ödəmək lazım olduğu qədər doğrudur. Nəticə etibarilə mühasibin həyatını əhəmiyyətli şəkildə yüngülləşdirən proqramların tətbiqi, birincisi, öz resurs “biçini” keçid dövrü üçün tədris, yeni texnologiyanın qurulmasını (köhnə texnologiyanın, köhnə streotiplərin və işə qəbulun sındırılması), köhnə və yeni sistemlərdə ikili paralel işləmək dövrünü aradan qaldıracaq. Yeni avtomatlaşdırılmış sistemin tətbiqi üçün hazırlıqların nisbətən hesabat dövrlərinə istinad etməklə əvvəlcədən planlaşdırılması daha yaxşıdır.  Bəs, belə olmasa? Bəs, qərar “yıxıldı – yenidən qalxdı” və “axşam tətbiq etməli” prinsipi üzrə qəbul edilsə, necə? Yenə də stress? Bəli, belədə stressiz olmayacaq!

...Bu və ya nəsə bir başqa şey, amma, tamamilə xoş olmayan bir anda vəziyyət “son damla” həddinə gəlib çata və daxili bir partlayış baş verə bilər. Həmin partlayışın hara və necə istiqamətlənəcəyi – hər bir konkret insan üçün gözlənilməzdir.

Tarix : 27.12.2021

Baxışların sayı: 9156