Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Balanssız mühasib (1-ci hissə)

Balanssız mühasib (1-ci hissə)

Tamamilə aydındır ki, medalda  olduğu kimi, hər bir peşənin də iki tərəfi var - ön tərəfi əhəmiyyətli, maraqlı, getdikcə daha çox yeni işaxtaranları özünə  cəlb edir, əks tərəfi isə bu peşənin məsrəfləridir. Peşənin ön tərəfi, demək olar ki, hər kəsə görünür, o, açıqdır və hətta ona çox səthi münasibət göstərənlər tərəfindən müzakirə olunur. Əks tərəf  yalnız daxildən görünür və tez-tez rast gəlinən təsəvvürlərdən çox uzaqdır.

Artıq neçə illərdir ki, fəaliyyətimlə əlaqədar, mən təkcə mühasib peşəsi ilə bağlı insanların nə kimi fikirlər söylədiklərini deyil, həm də qeyri-ixtiyari statistikaları fərq edirəm.

“Həyat uğrunda” söhbətlər zamanı adətən aydın olur ki, bizim həmvətənlərimiz arasında təkcə futbol və ya balet üzrə deyil, həm də mühasibat uçotu üzrə çoxsaylı “ekspertlər” vardır. Söhbət mühasiblərdən, xüsusilə də baş mühasiblərdən düşdükdə,  bu peşədən çox uzaq olan bir çox insanlar təxminən belə deyirlər ki, hesabı bilirsinizsə (oxu – məktəb proqramı çərçivəsində toplama və çıxma, vurma və bölməni bilirsənsə), o zaman “mühasibliyə” getmək daha yaxşıdır  - “ yerin isti və işıqlıdır, üstəlik çörəkli yerdir. Ən kədərlisi odur ki, kiçik və bir çox orta müəssisələrin böyük əksəriyyətinin sahibləri və rəhbərləri arasında bu fikir,  buradan irəli gələn bütün nəticələri ilə birlikdə demək olar ki, bir ehkama çevrilib.

Bu peşə sahəsində işləyənlərdən, özü də müəyyən illərdə sözügedən peşədə sahəsində çalışanlardan isə tamamilə başqa sözləri eşidə bilərsiniz. Məhz, belə söhbətlər zamanı bu peşə haqqında “bayırdan”  və “daxildən” olan fərqli fikirlər ən açıq şəkildə görünür. Özünü istər-istəməz bu peşəyə həsr etmiş bir insanın psixoloji vəziyyətinin bir çox dağıdıcı amillərin davamlı təzyiqi altında olduğu, məhz, bu cür söhbətlərdə aydın olur.

Ədalət naminə qeyd edim ki, bu məqalədə:  “Bu belədir və bu mütləq şəkildə hamıya aiddir” kimi ümumiləşdirici və qəti nəticələr olmayacaq. Çünki, mühasibin iş yerinin sənəd dövriyyəsinin həcmi, məsuliyyət ölçüsü, müxtəlif fəaliyyət növlərinin sayı, audit və hüquqi dəstəyin mövcudluğu və s. kimi parametrlərinin diapazonları o qədər genişdir ki, belə deyək, mühasib-əməliyyatçı və holdinqin baş mühasibinin çətinlik dərəcəsini və iş şəraitini müqayisə etmək qəribə və yanlış olardı. Buna, ölkənin ərazi yerləşməsini və yerli mentalitetin qaçılmaz xüsusiyyətlərini də əlavə etsək, mən istənilən ümumiləşdirməni yanlış adlandırardım.

Lakin, mühasiblər öz problemlərini müzakirə etmək üçün say etibarilə bir nəfərdən çox olmaqla harada toplana bilərlər? Metodologiyada yeni dəyişikliklər fonunda bu və ya digər təsərrüfat əməliyyatını necə əks etdirmək barədə deyil, ağrılı məsələ barədə harada danışmaq olar? Baş mühasib olduğum zamanlarda “qarşılıqlı qrup psixoterapiyası” üçün mənə yalnız bir yer məlum idi - hesabatı təqdim etmək üçün olan növbə. Amma, belə növbələr də (xoşbəxtlikdən və ya bədbəxtlikdənmi) adi və ya elektron poçt səbəbiylə artıq nadir hala çevrilib. Daha bir “görüş yeri” də vardır – mühasibat uçotu üzrə komputer proqramları istifadəçilərinin təlim kursları.

Baxışların sayı: 10107