Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Borc, inam və pulun funksiyası (3-cü hissə)

Qərbin müasir sakinləri üçün digər xalqların adət-ənənələri çox vaxt bizim kommersiya təcrübələri ilə müqayisədə qəribə görünür. Kommersiya metodları bizlərə pulla ödəniş etdiyimiz dəbli geyim və ya əsas tələbat əşyası çörək kimi statuslu mallara çıxış imkanı verir.  

Məsələn, Mərkəzi Afrikada, Belçikanın müstəmləkə ərazisi olan Konqoda 1950-ci illərdə Britaniya antropoloqu Meri Duqlasın birgə yaşadığı lele xalqında rafiyadan (palma növündən olan ağac) toxunan parça tikəsi özünəməxsus valyuta rolunu oynayıb; həmin parça tikəsini bir adam təxminən üç saat ərzində toxuya bilərdi.

Amma, bu parçalardan gündəlik tələbat malları almaq üçün valyuta kimi istifadə olunmurdu. Əvəzində bu “parça puldan” lele cəmiyyətində tələb olunan və bunun üçün “parça pul” lazım olan xüsusi qeyri-kommersiya “ödənişləri” ilə məhdudlaşırdı.


 

Borc, inam və pulun funksiyası (1-ci hissə)


Onların funksiyası lele cəmiyyəti daxilində ictimai münasibətləri qorumaqdan ibarət idi. Parçalardan dini təriqət qruplarına daxil olmaq üçün üzvlük haqqı, dini şəfavericilərə ödəniş haqqı, nikah üçün ödəniş kimi, uşağın doğulmasından sonra lele-qadına hədiyyə, ailə xəyanətinə görə cərimə, dava-dalaşın kompensasiyası və qan pulu qismində, eləcə də tayfa başçılarına hədiyyə kimi istifadə olunurdu.

Lele tayfaları rafiya parçasını avropalıların qızılı qiymətləndirdiyi kimi yüksək qiymətləndirirdi. Lakin, lele cəmiyyətinin strukturu və dəyərləri çox fərqli olduğundan, parça ilə ödəniş tamamilə başqa hallarda da həyata keçirilmişdi. Ödənişin motivləri kommersiya məqsədli deyil, sosial məqsədli idi.

Bu sistem yaşlı kişilərin gənc kişilərdən daha çox geyimə sahib olması demək idi. Yaşlı kişilər varlı idilər və daha çox səlahiyyətə malik idilər; bu, tələb olunan dini qruplara qoşulmaq və ya evlənmək üçün onlardan borc almalı olan gənclərə nəzarət etmək səlahiyyəti idi.


Borc, inam və pulun funksiyası (2-ci hissə)


Lakin, qərblilərlə təmaslar artdıqca, parçalar Belçika puluna satılırdı və onların arasında mübadilə məzənnəsi müəyyən edilirdi. Beləliklə, gənc bir adam xaricilər üçün işləyə bilər və frankla maaş ala bilərdi ki, bu da ona böyüklərindən yan keçməklə paltar almağa imkan verirdi və məsələn, o, dini qrupa qoşulmaq üçün həmin paltarlardan istifadə edə bilərdi.

Beləliklə, nəsildən-nəslə ənənəvi sosial nəzarət strukturu getdikcə zəiflədi və yad pul sistemi ilə bu təmas nəticəsində cəmiyyət dağılmağa başlamışdı.

Tarix : 14.07.2023

Baxışların sayı: 206