Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Borc, inam və pulun funksiyası (1-ci hissə)

Hamımız pul haqqında bildiyimizi düşünürük. Bəs biz pulun funksiyalarını, pulun əslində nə olduğunu və nəyi təmsil etdiyini başa düşürükmü? Pullar necə və nə vaxt ortaya çıxıb? Biz ona dəyərin ölçülməsi üsulu kimi baxırıqmı? İstifadə etdiyimiz pulları əslində kim yaradır? Bu ticarət etmək üçün bir məhsuldurmu? Və bu pul əslində statusumuzla, həyatımızda istifadə etdiyimiz əşyaların real dəyəri ilə, onları əldə etmək üçün göstərdiyimiz səylərlə, yaşayış məntəqələrinin real iqtisadiyyatı ilə necə əlaqələndirilir? 

Bu barədə düşünməyə başlayan kimi bunların heyrətamiz dərəcədə sürüşkən suallar, minilliklər boyu çoxlarını çaşdıran suallar olduğunu dərk edirsən. Əsasən də ona görə ki, cavab sanki aydın görünür. Məgər bu cibinizdəki pul sikkəsi, dollar əskinasları olan paçka, cüzdanınızdakı kredit kartı, poçtda çek, kompüterinizdə elektrik impulsu deyilmi?

Pullar – hər şeydir  və onların heç biri deyil, çünki bu, ilk növbədə həyatımızı asanlaşdırmaq üçün bir üsuldur. Amma, bu xüsusi, ixtiyari bir şəkildədir: təcrübəmizin çox vaxt qeyri-müəyyən keyfiyyətlərini kəmiyyətlərlə dəqiq uyğunlaşdırmaq cəhdidir; sayıla bilən və standart hesab vahidləri ilə müqayisə oluna bilən miqdarlardır, burada hər şey pulun məbləğinə münasibətdə qiymətləndirilir.

“...pul – bu, ümumiyyətlə əşya deyil, sosial texnologiyadır”.

Feliks Martinin “Pul: Avtorizə olunmamış bioqrafiya” kitabında yazdığı kimi: “Problem ondadır ki, pul – bu, əşya deyil, sosial texnologiyadır: bizim istehsal və istehlak etdiyimizi və birlikdə yaşadığımız yolu təşkil edən bir sıra ideyalar və təcrübələr dəstidir. Söhbət jetonlardan (nişan) deyil pulların özündən getdikdə, hansı ki, insanların yazdıqları mühasibat kitablarında  və ya adamların idarə etdiyi banklar kimi binalarda təqdim edilir – baxmaq üçün fiziki bir şey olmur...

Amma, valyuta özlüyündə pul deyil... Sikkələr və valyuta, başqa sözlə, kredit hesablarının baza sistemini qeyd etmək və əsas klirinq prosesini (bu hesabları) həyata keçirmək üçün faydalı rəqəmsal aktivlərdir”.

 [Pullar] – bu, iqtisadiyyatımızı idarə etdiyimiz əməliyyat sistemidir

Təəssüf ki, pul (isim) haqqında düşündükdə, biz etimad prosesini (fel) idarə edən idarə haqqında deyil, avtomatik olaraq sikkələr, qiymətli metallar haqqında düşünürük.

Biz pulun nə olduğu barədə deyil, onların nə etdiyi barədə düşünməliyik. Zira onların təbiətindəki həlledici fakt ondan ibarətdir ki, pul etimadı idarə etmək üçün nəzərdə tutulmuş texnologiya və ya prosedurdur, kreditora qaytarılacaq bir etimaddır.

Tarix : 26.10.2022

Baxışların sayı: 465