Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

FinStaff – Haqqımızda


FinStaff – Ən son vakansiyalar və kadr seçimi platforması



FinStaff maliyyə, mühasibat və bankçılıq sahələrində fəaliyyət göstərən işəgötürənlərlə peşəkar namizədləri bir araya gətirən ixtisaslaşmış karyera platformasıdır. 2019-cu ildən bəri məqsədimiz sadədir: şirkətlərin doğru namizədi, namizədlərin isə doğru işi daha qısa zamanda tapmasına kömək etmək. Platformamız vasitəsilə işəgötürənlər vakansiyalarını paylaşa, geniş kadr bazasında axtarış apararaq uyğun namizədlərlə birbaşa əlaqə qura bilirlər. İş axtaranlar isə ödənişsiz profil yaradaraq vakansiyalara müraciət edir, CV-lərini işəgötürənlərin diqqətinə təqdim edirlər. FinStaff sadəcə vakansiya platforması deyil. Biz həmçinin peşəkar "Recruiting" xidmətləri təqdim edir, şirkətlərin kadr seçimi prosesini sürətləndirir və daha effektiv edir. Bu gün minlərlə namizəd, yüzlərlə şirkət və davamlı böyüyən auditoriyamız FinStaff-ı maliyyə və mühasibat sahəsində etibarlı insan resursları platformasına çevirib. Doğru iş. Doğru namizəd. Doğru seçim.

Tez-tez verilən suallar 

İş axtaranlar üçün:

Necə müraciət edim?: İstifadəçilərimizi düşünərək qeydiyyat prosesini mümkün qədər sadə, əlçatan etmişik. Bir neçə dəqiqə ərzində qeydiyyatdan keçərək, öz bacarıqlarınızı, təcrübənizi, təhsil məlumatlarınızı əks etdirən dolğun bir profil yarada, onu bizim kadr bazamıza əlavə edə bilərsiniz. Bu profil, sizə ən uyğun iş elanı seçməkdə və işəgötürənlərin diqqətini cəlb etməkdə böyük rol oynayacaq. Qeydiyyatdan keçmək ödənişsizdir.

Bu platformada necə işlər tapa bilərəm?: Vakansiyaları iş növü (kiçik mühasib, mühasib, baş mühasib, maliyyə üzrə vakansiya, bank işi və s.), şəhər, əməkhaqqı kimi müxtəlif kriteriyalara əsasən axtara bilərsiniz. Beləliklə, sizin üçün münasib vakansiya asanlıqla tapılacaq.

Necə CV yükləyim?: CV-nizi FinStaff-a yükləyərək, potensial işəgötürənlərin sizi kəşf etməsinə imkan yaradırsınız. Bu yolla, işəgötürənlər sizin profilinizi nəzərdən keçirə, iş təklifi göndərə bilərlər.


İşəgötürənlər üçün:

Vakansiya elanı necə yerləşdirilməlidir?: FinStaff-da vakansiya elanı yerləşdirmək sadədir. Vakansiya elanı yaratmaqla, dərhal potensial namizədlərlə əlaqə qurmağa başlaya bilərsiniz.

Müraciətlər necə idarə edilir?: Platformamızda işəgötürənlərə namizədlərin müraciətlərini asanlıqla idarə etmək imkanı veririk. Sizə münasib namizədləri seçmək, iş təklifi göndərmək prosesi daha səmərəli və effektivdir.

«Recruiting» xidməti nədir?: Şirkətinizə kadr axtarmağa vaxtınız yoxdursa, bu prosesi bizim mütəxəssislərə etibar edə bilərsiniz. Biz ən uyğun namizədləri tapmaqda sizə kömək edəcəyik.


Statistik göstəricilər

Fəaliyyət göstərdiyi 5 ildən çox müddət ərzində platformamız daima inkişaf edib, genişlənib. 2023-cü ilin avqustundan 2024-cü ilin avqustuna qədər dövrü əhatə edən statistik məlumatlara əsasən, saytımızın izləyici sayı 52 mindən çox olmuşdur. Bu, platformamızın geniş auditoriya tərəfindən etibar edilən bir mənbə olduğunu təsdiqləyir. Sosial media platformalarımızda da aktiv fəaliyyət göstəririk: LinkedIn-də izləyici sayımız 13 minə yaxın, Facebook-da isə 2,1 mindən artıqdır. Bu rəqəmlər, FinStaff-ın əmək bazarında mühüm bir rol oynadığını, istifadəçilərimiz üçün etibarlı bir resurs olduğunu bir daha sübut edir.

Bloq bölməsi

FinStaff həmçinin geniş məqalə bazasına malikdir. Platformamızda həm karyerasına yeni başlayanlar, həm yeni iş axtarışında olanlar, həm də işəgötürənlərə faydalı olacaq bloq yazıları mövcuddur. İş axtaran oxucularımıza vakansiyalar, düzgün peşə seçimi, karyera inkişafı, iş tapmaq müsahibəyə hazırlıq, mükəmməl CV hazırlamaq, mühasib peşəsi haqqında məlumatlar təqdim edirik. Kadr axtaran rəhbərlərə isə düzgün kadr seçimi, işçilərin motivasiyası, kadrların effektiv idarə edilməsi kimi mövzularda dəyərli məsləhətlər veririk.

Əlavə suallarınız var?

Buyurun, elektron ünvanımıza yazın, info@finstaff.az, yaxud +994 12 310 09 29 | +994 50 225 82 05 nömrələrinə zəng edin. Sizi dinləməyə hazırıq.