Detallarla iş yekunlaşmır. Əla mühasib təkcə onları görmür. O, çox asanlıqla ümumi təsvirə də keçid edə bilir, müxtəlif sənədlərlə qarşılıqlı əlaqəni və uçotun ümumi strukturunu görə bilir.
Uçotun struktur anlayışını başa düşmək üçün ən vacib bacarıqlardan biri də dövriyyə-balans cədvəlini (DBC) oxumaq bacarığıdır. Ən yüksək səviyyəli mütəxəssisə hətta yeni müştəri olsa belə, DBC üzrə müəssisənin həyatının ümumi mənzərəsini tərtib etmək üçün 30-60 dəqiqə vaxt kifayət edir.
DBC hansı sənədlərin çatışmadığını, qarşı tərəflərlə işin necə qurulduğunu, mühasibat problemlərinin harada olduğunu (vergilər, artıq ödənişlər, yanlış vergi sistemi və s.) anlamağa kömək edir. Əgər siz DBC-ni oxumağı bacarırsınızsa, deməli, vergi işinin alqoritmlərini nəzərə ala və hesablamanı iki addım irəlidən apara bilərsiniz.
2-ci əlamət. Dövlət dəyişikliklərini izləmək üçün tənbəllik etməyin.
Bütün bu sonsuz düzəlişləri və yenilikləri izləmək çətin işdir və elə də cəlbedici bir şey deyil. Lakin, hesabatların təqdim edilmə sürəti və vergi sisteminin bütün imkanlarından ən ağlabatan şəkildə istifadə edilməsi, məhz, ondan asılıdır. Belə ki, əla mütəxəssis həmişə əlini nəbzdə saxlayır.
Keyfiyyətli mühasibin 10 əlaməti (1-ci hissə)
Yeganə çətinlik odur ki, “xəbərləri izləmək” kimi “barmağını nəbzdə saxla” deyimi də olduqca qeyri-müəyyən ifadələrdir. Harada izləməli? Hansı tezlikdə izləməli? Nələrə diqqət yetirməli? Necə etməli ki, buna çoxlu vaxtın getməsin? Adətən, bu onunla qurtarır ki, mühasib “xatırlayanda” xəbərlər saytına daxil olur. Amma, o bunu həftədə və ya ayda bir dəfə də xatırlaya bilər.
Mücrü çox sadə açılır: bu bacarıqla istənilən bir vərdiş kimi işləmək lazımdır. Yəni, bu fəaliyyəti eyni vaxtda (məsələn, səhər qəhvə içərkən etmək mümkündür) yerinə yetirmək lazımdır və ilk vaxtlarda bunu vərdiş halına salana qədər təkrarlamaq lazımdır.
Tarix : 03.07.2023
Baxışların sayı: 399