Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Plastik pullar: polimer əskinasları hansı ölkələr çap edir?

Polimer əskinasların xidmət müddəti (5 il) kağız pulların istifadə müddətindən bir neçə dəfə artıqdır. Plastikdən hazırlanan əskinaslar suyu və kiri dəf etdiklərindən, aşınmaya daha davamlıdırlar. Həm də əskinasları zədələnmədən qoruyur.

İlk polimer pullar hələ 30 il bundan əvvəl ortaya çıxıb. İndi isə plastik pullar əlli ölkədə dövriyyədədir, bütün əskinas diapazonunu və ya onun bir hissəsini əhatə edir. Məsələn, Böyük Britaniyada təzəliklə 50 funt sterlinqlik yeni bir polimer əskinas təqdim edilib.

PaySpace Magazine jurnalının redaksiyası artıq tamamilə polimer nağd pullara keçən ölkələrin siyahısını tərtib edib.

Avstraliya 1988-ci ildə nazik plastikdən banknotların çap olunduğu ilk ölkə olub. Buraxılış Avstraliyanın avropalılar tərəfindən məskunlaşmasının iki yüz illiyinə həsr olunub. Hazırda Avstraliya dollarının bütün əskinasları (5, 10, 20, 50, 100) polimerdən hazırlanmışdır. Bundan başqa, 30 illik eksperimentlər zamanı Avstraliyanın Ehtiyat bankı yeni pul formatına keçib – polimer banknotlarda animasiya peyda olub.

Papua-Yeni Qvineyanın milli valyutası olan kina 1991-ci ildən plastikdə çap olunur. 2008-ci ilə qədər ölkədə artıq bütün əskinaslar polimerə çevrilmişdi - 2, 5, 10, 20, 50 və 100 kina. 2014-cü ilə qədər əhali kağız pullarla ödəniş edə bilirdi. Amma, bu gün köhnə pullar artıq qanuni ödəniş vasitəsi deyil.

1999-cu ildən Yeni Zelandiya dollarını hazırlamaq üçün nazik plastikdən istifadə edilir. O vaxtdan bəri, polimer pulların dizaynı dəyişib, saxtakarlar üçün belə pulların hazırlanması getdikcə daha da əlçatmaz olub. 2015-ci ildə Yeni Zelandiyanın Ehtiyat bankı yeni nominallar seriyasını – “parlaq pul” adlanan pulları buraxıb. Bu seriyadan olan 5 dollarlıq əskinas artıq 2015-ci ilin ən yaxşı əskinası adını alıb. Dövriyyədə 5, 10, 20, 50 və 100 dollarlıq plastik pullar vardır.

Rumıniya 2005-ci ildə, denominasiyadan əvvəl də polimer pulları buraxmağa başlamışdı. 1999-cu ildə isə ölkənin Mərkəzi bankı plastik üzərində 2000 ley məbləğində pul çap etmişdi. Və 2001-ci ildən 2004-cü ilə qədər – 10 000, 50 000, 100 000, 500 000 və 1 milyon leylik əskinaslar çap edilmişdi.

Nominal dəyişikliyindən sonra 1, 5, 10, 50, 100 və 500 leylik yerli əskinasların plastik formada buraxılışı davam etdirildi.

2003-cü ildə Vyetnam Dövlət bankı pambıqdan hazırlanan pulların çapını dayandırdı. Əvəzində tənzimləyici sintetik əskinasların buraxılmasını təklif etdi və bunu çap xərclərinin azaldılması ilə izah edib. Mətbuat Mərkəzi bank direktorunun oğlunun çap biznesinə sahib olduğunu, polimer pullara keçidin ilk növbədə onun ailəsinə sərfəli olacağını yazmışdı. Lakin, bir neçə jurnalın çapı dayandırıldıqdan sonra bu məlumat bir daha daha gündəmə gətirilmədi. Bu gün Vyetnam donqu aşağıdakı nominallarda buraxılır: 10, 20, 50, 100, 200 və 500 min.

Bruney 2004-cü ildə saxta pulların artması səbəbindən polimer pullara keçidə başlayıb. Artıq 2005-ci ildə 100 dollarlıq əskinas təhlükəsizlik sisteminə görə qızıl medala layiq görülüb. Bu günə qədər plastik üzərində 1, 5, 10, 20, 50, 100, 500, 1000 və 10 000 Bruney dolları buraxılıb.

2011-ci ildə Kanada bankı 100 dollardan başlayan ilk plastik pulları dövriyyəyə buraxıb. Plastikdən hazırlanmış daha kiçik əskinaslar isə bir neçə ildən sonra dövriyyəyə buraxılıb. İndi ölkədə 5, 10, 20, 50 və 100 nominalında plastik Kanada dollarları dövriyyədədir.

Maldiv rufiyası 2015-ci ildən plastik üzərində buraxılır. Maldiv adalarının müstəqilliyinin 50-ci ildönümü münasibəti ilə pul tədavülü İdarəsi 5 min rupi nominalında banknot buraxıb. Amma, ölkədə denominasiya prosesi getdiyinə görə ondan istifadə olunmur. 2016-cı ildə idarə bütün banknot sırasını yeniləyib. Bu gün plastik üzərində 10, 20, 50, 100, 500 və 1000 rufiya buraxılır.

Gördüyümüz kimi, plastik pullardan Okeaniyada daha uğurla istifadə olunur. Polimer üzərində pullar ilk dəfə məhz, bu bölgədə çap edilib. Və bu gün artıq üç ölkə tamamilə aşınmaya davamlı polimer əskinaslara keçib. Sözügedən trend Asiyada dəstəklənir – bir neçə ölkə də kağız pulları plastiklə əvəzləyib.

20-dən çox ölkə kağız əskinasları plastik əskinaslarla dəyişməyə başlayıb. Onların arasında Honq-Konq, İsrail, Meksika və Nigeriya vardır. Daha 10 ölkədə isə yalnız xatirə əskinasları polimerdə çap olunur. Bunlar Braziliya, Çin, Polşa, Şimali İrlandiya və digərləridir.

Tarix : 06.02.2023

Baxışların sayı: 280