Müasir mühasib nəyi bilməli və nələri bacarmalıdır? 1-ci hissə: proqramlar
Elə peşələr vardır ki, onların inkişafı çox sürətlə gedir. Onların sırasına mühasib peşəsi də daxildir. Belə düşünmək olar ki, hesabdarlarla bağlı nə dəyişə bilər ki? Axı, funksiyalar eynidir – kalkulyasiya, xərclər, əməkhaqqı, vergilər...
Ancaq, hipotetik olaraq, 15 il əvvəl öz sahəsində işləyən bir mühasibi götürsək və eyni zamanda onu müasir mühasibatlığa yerləşdirsək, hesab edirəm ki, onun burada necə və nə baş verdiyini ən azından təxminən başa düşməsindən ötrü bir neçə həftə vaxt lazım olacaq.
Müasir mühasib yaxın keçmişdəki sələfindən daha çox bilik ehtiyatına malik olmalıdır. Öyrənmək bacarığı və hər yeni şeyi dərk etmək istəyi – bu, artıq demək olar ki, peşənin tələbidir.
Əgər əvvəllər işəgötürənlər mühasiblər üçün iş stajındakı fasilələrə (məsələn, analıq məzuniyyəti zamanı) dözümlü yanaşırdılarsa, bu gün bir ildən çox iş fasiləsi artıq kritik vəziyyət hesab olunur. Baxmayaraq ki, bəlkə də dekretdən sonra da mühasib-kassir və ya mühasib-materialist kimi işə düzələ bilərsiniz. Amma, 2-3 illik iş fasiləsi ilə baş mühasib çox güman ki, uzun müddət iş axtarmalı olacaq.
Bu onunla bağlıdır ki, vergi qanunvericiliyi – hüququn bütün sahələrindən ən hərəkətli olanıdır. Hər gün bəzi dəyişikliklər və əlavələr ortaya çıxır. Bütün düzəlişləri izləmək sadəcə mümkün deyil. Yaxşı ki, bu heç lazım da deyil.
Belə ki, bu konkret şirkətdəki işinizə birbaşa təsir edəcək əsas yenilikləri bilmək kifayətdir. Və bu, istənilən bir təşkilatın baş mühasibə sorğu-hüquq sisteminə daxil olmaq üçün pul ödəyə bildiyi zaman əladır. Bu, əlbəttə ki, vaxta çox qənaət edir.
Bəs onda mühasibat uçotu və vergi qanunvericiliyindəki tendensiyalardan xəbərdar olmaq niyə bu qədər vacibdir?
Birincisi, hesabat formaları dəyişilir. Təşkilatların əksəriyyəti hesabatları rüblük olaraq təqdim edirlər. Bəyannəmə və hesabatların formaları çox vaxt hər rübdən rübə korrektə edilir. Belə ki, eyni cədvəllərə vərdiş etmək sizdə alınmayacaq.
Tarix : 05.12.2022
Baxışların sayı: 587