Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Müasir mühasib nəyi bilməlidir? (2-ci hissə)

Müasir mühasib nəyi bilməli və nələri bacarmalıdır? 2-ci hissə: qanunvericilik və uçot

 2.Uçotun təşkilinin metodologiyası

Mühasibat uçotunun aparılması üzrə qaydalar yalnız təsərrüfat əməliyyatlarının uçotda əks etdirilməsinin ümumi qaydasını ehtiva edir.

Bir tərəfdən, qanunvericiliyin tələbləri çoxdur, lakin, eyni zamanda bir çox məsələləri mühasib öz şəxsi təcrübəsinə əsaslanaraq müstəqil şəkildə həll edir. Mühasibatlığın aparılmasının uçot siyasətini rəhbərliklə razılaşdırmaqla, məhz mühasib tərtib edir.

Qeyd etmək lazımdır ki, mühasibat uçotunun aparılması metodologiyası daha çox təşkilatın fəaliyyət növündən asılıdır. Ən asan uçotun ticarətdə olduğu hesab edilir. Amma, istehsalda və tikintidə hər şey daha mürəkkəbdir.

Çox vaxt vakansiyalarda işəgötürən mühasibdən iqtisadiyyatın müəyyən bir sektorunda müvafiq təcrübəyə malik olmasını tələb edir. Axı, bu halda, mühasibat uçotunun xüsusiyyətlərini anlamaq ona daha asan olacaq.


Müasir mühasib nəyi bilməlidir? (1-ci hissə)


3. Vergilərin optimallaşdırılması sahəsində təcrübə 

Bütün vergiləri ödəyən mühasib, pis mühasibdir. Ancaq, ondan da pisi, vergiləri ödəməyən, ödədikdə isə bunu optimallaşdırmanın elə üsulları ilə edən mühasibdir ki, nəticədə bu əməli onun özünü və direktoru müttəhimlər kürsüsünə aparıb çıxara bilir.

Məsələ ondadır ki, vergitutmanın optimallaşdırılmasının iki növü ola bilər – leqal və qanunazidd. Leqal metodlar eyni məsrəflərin xərclərə aid edilməsinin bir neçə (qanuni olaraq icazə verilən) üsulları şəklində təqdim olunur.

Bu halda, mühasib bu və ya digər bir əməliyyatın hansı uçot metodu ilə aparılmasının şirkəti üçün daha faydalı ola biləcəyini özü hesablayır.

Bəli, çox vaxt elə olur ki, vergitutma baxımından ən optimal yol, həm də daha çox vaxt aparır. Amma, burada seçim baş mühasibin öz ixtiyarındadır – ya daha çox vaxt sərf edib az vergi ödəmək, ya da kağız işləri kimi süründürməçiliklə özünü əziyyətə salmamaq, lakin, büdcəni doldurmaq.

Tarix : 26.12.2022

Baxışların sayı: 410