Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Keyfiyyətli mühasibin 10 əlaməti (1-ci hissə)

Mühasibləri qorxutmağa ehtiyac yoxdur, qorxu hissi çoxdan onların daxilinə nüfuz edib. Bu ağır yükü hər il getdikcə daha çox üzücü hesabatlar dərc edən kadr bazarının mütəxəssisləri öz üzərlərinə götürüblər: xatırladırlar ki, mühasib sayına görə dünyada yüksək səviyyəli rəqabət olan üçüncü peşədir.

Və onu da əlavə etməyi unutmayıblar ki, milyonlarla mühasib təkcə bir-biri ilə deyil, həm də avtomatlaşdırma, autsorsinq, yeni xidmətlər və proqramlarla da rəqabət aparırlar. 

Milyonlarla mütəxəssis - əlbəttə, təsirli səslənir. Lakin, gəlin dürüst olaq: bu milyonlardan nə qədəri, işəgötürənlər və müştərilərin onlardan ötrü növbəyə dayana biləcəkləri keyfiyyətli, mükəmməl mütəxəssisdirlər?

Belə mühasibi necə tanımalı? Çox asan. Onun 10 fərqləndirici xüsusiyyəti var. İndi bu haqda söz açacağıq.

1-ci əlamət. O, həm detalları, həm də ümumi mənzərəni eyni cür görür.

Detalların nə qədər vacib olduğunu bilmək istəyirsiniz – bunu mühasibdən soruşun. Məbləğdə bir səhv rəqəm və ya kiçik bir vergülün olmaması, Everest ölçüsündə nəticələrə səbəb ola bilər. Belə ki, mükəmməl mütəxəssis hər bir detalı görməyi bacarır: rəqəmlər, işarə, hərflər. O, diqqəti cəmləşdirmək texnikasını əla mənimsəyib, öz hüdudlarını bilir və “gözlərinin nə vaxt ağrıdığını da” əla hiss edir. Belə bir mühasibin yanından heç bir səhv sivişib keçə bilməz. 

Diqqətin cəmləşdirilməsi texnikası nəyə lazımdır?

Ona görə ki, bütöv bir sənəddə detalları görmək – göründüyü qədər də asan məsələ deyil. Əslində biz sözləri və digər məlumatları ayrı-ayrılıqda oxumuruq, onları bütövlükdə qavrayarıq. Sözlərdəki bütün hərflərin (birinci və sonuncudan başqa) qarışdırıldığı testi xatırlayın, lakin siz bütün hallarda məzmunu asanlıqla oxuyursunuz?

Bax, diqqətin cəmləşdirlməsi texnikası beyni “aldatmağa” və hər bir detalı görməyə yardım edir. Və özü də bu, deyildiyi qədər də sadə bir şey deyil. 

 

Tarix : 28.03.2023

Baxışların sayı: 392