Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Borc, inam və pulun funksiyası (2-ci hissə)

Deyə bilərik ki, bu, iqtisadiyyatımızı idarə etdiyimiz əməliyyat sistemidir. Zira güvənmək – deməli, kiməsə inanmaqdır, ona etibar etməkdir, və əgər həmin kimsə nəsə qaytarmalıdırsa, deməli, o sizə borcludur (buradan kredit və borc məsələsi meydana çıxıb) – Malta cəngavərlərinin 1565-ci ildə öz sikkələrində zərb etdikləri şüar aydın şəkildə bunu təsdiq edir: Non Aes, sed Fides  - Metal deyil, etibardır.

Bəs pul buraxanlara etibar etmək həmişə təhlükəsizdirmi? Onlar məğlub ola bilər, onların hökuməti yoxa çıxa bilər, yüngül və dəyərsiz olsun deyə sikkələrin kənarlarını kəsməklə aldada bilərlər, onlar valyutanı dövriyyədən kənarlaşdıra və yaxud inflyasiya üzündən dəyərsizləşdirə bilərlər.

Onlar heç də həmişə etimada layiq olmurlar, bunun da əsas səbəblərindən biri sikkələrdə qiymətli metalların heç də real dəyər ilə uyğun gəlməməsidir. Pul ideyasının təqdim etdiyi prosesi çox vaxt səhvən illüzior proses kimi qəbul edirlər.


Borc, inam və pulun funksiyası (1-ci hissə)


Sikkələr heç vaxt pul olmayıb. Onlar yalnız pul dəyərini təcəssüm etdirib. Onlar həmişə jeton (nişan) olub. Borcun qaytarılacağına dair etibarlılıq nişanı. Tərkibindəki metalın nə qədər nadir və dəyərli olmasına baxmayaraq, jetonlar yalnız jetondur.    

Pul ideyası – oturaq həyata keçmiş xalqların ən mühüm ixtiralarından biridir.

Bütün qeyri-müəyyən atributlarına, əminlik və inamdan asılılığına və ondan asanlıqla aldatmaq üçün istifadə olunmasına baxmayaraq, pul ideyası məskunlaşmış xalqların ən mühüm ixtiralarından biridir. Çünki bu, daha böyük qrupların əvvəllər mümkün olduğundan daha çox birlikdə inkişaf etməsinə imkan verən əsas texnologiyalardan biridir.

Lakin, bütün texnologiyalar kimi, bu, yalnız ödəniş üçün deyil, həm də oğurluq üçün istifadə edilə bilən payanın iki ucundan ibarətdir.

Tarix : 01.11.2022

Baxışların sayı: 255