Balanssız mühasib (2-ci hissə)
Vera Xomiçevskaya
İndi sizin müzakirənizə təqdim olunan materiallar məhz, tərəfimdən həmin kurslarda olduğum beş il ərzində toplanılıb. Təlimin üçüncü və ya dördüncü günü, proqramdakı gərginlik və qorxu geri çəkildikdə, qrup üzvləri bir-birlərini tanımağa başladıqda, çox maraqlı səhnələri müşahidə edə bilirsən. Budur onlardan biri:
Qrupda beş nəfər məşğul olurdu. Beşi – baş mühasib, altıncı – gənc qadın – Valeriya, Leranın isə mühasibatlıq barədə ümumiyyətlə, heç bir anlayışı yox idi. Lakin, o, əla komputer vərdişlərinə malik idi, onu niyə bu kurslara göndərmişdilər – yoxsa onunla və texnika ilə olduqca gərgin münasibətləri olan baş mühasibdən hansısa bir tandem yaratmaq planlaşdırılırdı.
Məşğlələrin dördüncü günü idi. Nəzəri hissədə nümayiş komuterinin arxasında oturmuşdum, arxamda isə dinləyicilər əyləşərək ekrana baxırdılar. Mən proqram haqda məlumat verirdim, lakin, tədricən anlamağa başladım ki, məndən arxadakılar proqrama aid olmayan işlər barədə söhbət edirlər. Dərhal susdum, öz dinləyicilərimə tərəf çevrildim. Və mənim “baş mühasiblərim” bir-birlərinə peşəkar fəaliyyət əsasında sağlamlıqları ilə bağlı baş verən hadisələri nəql edirdilər. Kiminsə yuxusu pozulub, kiminsə normal istirahəti və bayram günləri olmadığına görə ailəsində gərginliklər yaşanır, kimin üçün isə başqa bir səbəbdən problemləri ortaya çıxıb və s. Bu arada mən də keçmiş mühasibatlıq təcrübəmdən xoş olmayan bir dövrü xatırlayıb, söhbətə qoşuldum.
Və budur, bu improvizə edilmiş fasilənin on beşinci dəqiqəsində Lera qəfildən yerindən sıçrayır, sözün həqiqi mənasında sinfin içində bu sözləri söyləyərək dörd addım irəli yeriyir: “Mən heç vaxt mühasib olmayacam” və qapını açıb, yoxa çıxır! Qalanlar – bu nədir, deyə təəccüb içində qalırlar?! Nə vermək, nə də almaq olur – lap “Müfəttiş” pyesindən final səhnəsinə bənzəyir!
Lera beş dəqiqə sonra, yəqin sakitləşdikdən sonra geriyə qayıtdı. O, sinfə bu sözlərlə geri döndü: “Bütün mühasibləri niyə yaramaz adlandırdıqlarını mən indi anlayıram!”.
Komik epizoddur? Bəli, əlbəttə! Ancaq, eyni zamanda, çox nümunəvi bir haldır. Bu yaxınlarda, mühasiblər üçün keçirilən geniş bir ixtisaslaşdırılmış tədbirdə fasilə zamanı, mənə, onlarla iştirakçı ilə işlərinin onlara hansı hissləri və əhval-ruhiyyəni gətirdiyi barədə danışmaq nəsib oldu. Psixoloqun suallarına reaksiyanın birmənalı şəkildə müsbət olduğunu təsdiq etməyəcəyəm, bu isə olduqca təbiidir. Ancaq, həmsöhbətlərimin dörddə üçü işlərinin psixoloji tərəfi ilə bağlı mövzuya həqiqətən maraq göstərdilər.
Psixologiyada “peşəkar deformasiya” anlayışı mövcuddur. Peşə, insana müəyyən tələblər irəli sürməklə, onu özünə uyğunlaşdırır, xüsusən də öz həyat ehtiyatlarından (vaxt, enerji, bilik, emosiyalar və s.) ona böyük pay vermək məcburiyyətində qaldıqda və bunu uzun müddət ərzində edir (baxmayaraq ki, bu halda “uzun müddət” anlayışı kifayət qədər subyektivdir).
Tarix : 22.12.2021
Baxışların sayı: 9865