Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Balanssız mühasib (3-cü hissə)

Balanssız mühasib (3-cü hissə)

Vera Xomiçevskaya

Mən bu mövzunu davam etdirmək üçün kiçik və orta müəssisələrin baş mühasibləri tərəfindən təqdim olunan Rusiya peşəkar mühasibatlıq cəmiyyətinin ən kütləvi hissəsinə diqqət yetirmək istərdim – belə alındı ki, məhz, bu kontingentin bütün problem və arzuları ilə daha yaxşı tanışam. Adətən onlar tək-başına işləyən baş mühasiblər, bəzən isə köməkçi ştatı olan baş mühasiblərdir. Bir qayda olaraq belələrinin daimi və ixtisaslı hüquqşünasları və auditorları, yəni, “etibarlı arxa cəbhəsi” olmur və onlar eyni zamanda bütün cəbhə üzrə “zərbəni” öz üzərlərinə götürürlər. Bundan başqa, onların əməyinin ödənilməsi çox vaxt real yüklənməyə tamamilə adekvat olmur. Və əlbəttə, bu məqalədə bütün düşüncələr sözügedən peşəni “sevərək” seçən, peşəyə həqiqi maraq göstərən, bunu özləri üçün bir çağırış hesab edənlərə aid deyil.

Müasir həyatda stresslərin mövcudluğu istisna halı olmaqdan çoxdan çıxıb, onlar artıq bir qaydaya çevrilib. Gəlin, “mühasib” peşəsində stress amillərinin tərkibini ümumi şəkildə təhlil edək.

“Yaxşı və çoxlu müxtəlif qanunlar”      

Öz əhəmiyyətinə görə birinci olan – mühasibat və vergi uçotu üzrə cari qanunvericiliyin həcmidir. Bir də ki, biz Rusiyadakı uçotdan danışdığımıza görə, bu stress amili dinamikdir, çünki işlərin cari, aktual vəziyyətini bilmək azdır, praktik olaraq dəyişikliklərin bütün tarixini yaddaşda saxlamaq lazımdır, həm də çox vaxt göstəriciləri “geri tarix ” ilə hesablamaq lazımdır. Üstəlik - paralel və hamısı üst-üstə düşməyən iki uçot xəttinin olmasıdır - mühasibat və vergi.

Bu gün buna MHBS-in öyrənilməsinin potensial zəruriliyini əlavə etmək lazımdır. Əlbəttə, bu barədə bilmək istəyən hər kəs indi bir dəyişiklik dövrünü yaşadığımızı bilir. Amma, əgər belə ölçü vahidini bir insan personalına dəyişikliyin miqdarı kimi çıxarsaq, mühasib  peşəsinin bir çoxlarından daha tez “risk zonasına” düşəcəyindən qorxuram.


Balanssız mühasib (1-ci hissə)

Balanssız mühasib (2-ci hissə)


Bununla yanaşı, qeyd etmək lazımdır ki, sadalananların hamısı yalnız bir halda ədalətlidir – əgər biz həqiqətən peşəkar mühasiblə, mahiyyət etibarilə peşəkar mühasiblə iş görürüksə! Yuxarıda göstərilən fikirlər (elə aşağıda göstərilənlər də) bu peşədə dələduzluq edənlərə və diletantlara aid deyil, çünki onlar sadəcə özlərinə həyəcanlanmaq üçün əsas yaratmırlar!

Aqressiv mühitdə məsuliyyət

Birincinin varlığını ağırlaşdıran ikinci amil məsuliyyətdir. Məsuliyyətin özlüyündə bu vəziyyətdə pis və ya yaxşı olmadığını söyləməyə dəyər. Çox sayda peşənin insanları öz fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Bu, ona görə tənqidi olur ki, mühasibat uçotu və müxtəlif vergilər haqqında qanunvericiliyin müddəalarının çox vaxt bir-biri ilə uzlaşmadığı şəraitdə çoxdan “dilçilikdə pritçaya” çevrilib, çünki, təsərrüfat fəaliyyətinin müəyyən dərəcədə mürəkkəbliyinə görə, bərk dartılmış fiskal “simlərindən birini” ən azından bağlamamaq prinsipcə mümkün deyil. Bu səbəbdən, məsələ çox vaxt onları necə zərər verməməklə bağlı deyil, minimum nəticələrlə minimum miqdarda zərər verməyə necə çalışacağınızla bağlıdır.

Gəlin, bir şeyi də nəzərə alaq: səhv etmək qorxusu, bir qayda olaraq, uşaqlıqdan və bütün tərbiyə və təhsil sistemindən miras qalan kütləvi bir fenomendir (hansı ki, psixoloqlar çoxdan bundan söz açırlar və şəxsi inkişafla bağlı çoxsaylı treninqlərdə bunun üzərində işləyirlər).

Və nəticədə belə bir qənaətə gəlirik ki, mühasibin məsuliyyəti gündə 24 saat ərzində praktik olaraq, ağlın məntiqi hissəsinin fasiləsiz işini təşkil edir. Bu aralıq dəlili “sonraya” saxlayaq.

Tarix : 24.12.2021

Baxışların sayı: 9577