Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Balanssız mühasib (5-ci hissə)

Balanssız mühasib (5-ci hissə)

 Vera Xomiçevskaya

Bir qədər linqvistika barədə

Sivil bəşəriyyətin patriarxal inkişaf xətti sözügedən peşə növündə bizlərə kişi cinsindən olan, ənənəvi olaraq qollarına qolçaq taxmış və əlində çötkə tutan darıxdırıcı bir dayı obrazını təqdim edirdi. Ötən əsrin 80-ci illərində və 90-cı illərin axırlarında təkcə Rusiyada deyil, eləcə də bir çox digər ölkələrdə bu peşəyə kütləvi şəkildə qadınlar axın etməsinə baxmayaraq, “mühasib” sözü yalnız işgüzar deyil, həm də ümumi danışıq dilinin əhatə dairəsi xaricindədir.

Bu təsadüfidirmi?

Qadının – öz təbiəti üzrə sağ yarımkürəli (burada söhbət beynin sağ yarımkürəsindən gedir) varlıq olduğunu indi yalnız psixoloqlar bilmirlər. Qadınların əksəriyyətinə xas olan intuitivlik və obrazlılıq, həmçinin lətifələrdə gülüş doğuran məntiqsizlik, heç də çatışmazlıq deyil, gözəl cinsin gözəl xüsusiyyətidir.


Balanssız mühasib (1-ci hissə)

Balanssız mühasib (2-ci hissə)

Balanssız mühasib (3-cü hissə)

Balanssız mühasib (4-cü hissə)


Mühasib peşəsi isə bütünlüklə məntiqdir, sərt, kompromissiz məntiq. Baxmayaraq ki, ədalət naminə qeyd etmək lazımdır ki, müasir ölkə qanunvericiliyinin ziddiyyətlərinin və məkrlərinin öyrənilməsində məhz, bunun əksi, onun yoxluğu haqqında fikir yaranır. Bununla belə, mühasibat uçotu – bu, hətta uçot əllə aparıldıqda belə yalnız alqoritmlərdir. Şaxələnmiş və kəsişən, öz-özünə zidd sərt qaydalar, lakin, bütün hallarda – alqoritmikdir.  Bu alqoritmlərə əməl etmədən, heç bir balansı hesablamaq mümkün deyil!

İstənilən alqoritm, istənilən qaydalar, reqlamentlər – bu, baş beynin sol yarımkürəsinin işidir.

Və biz nəyi əldə etmişik?  Bəli, bir “əhəmiyyətsizlik”, sadəcə “heç bir şey” – təbiətin qadını yaratdıqları arasında amansız bir uyğunsuzluq, təbii intuisiya ilə müqayisədə məntiqin hipertrofiyalı istifadəsidir. Sol yarımkürənin “əzələlərinin” intensiv, məcburi təlimi və sağ yarımkürənin qabiliyyətlərinə xroniki tələb çatışmazlığı. Bu peşədə olan böyük əksəriyyət – qadınlar üçün daha bir stress amilidir.

Bununla feministlərin əlinə hücum üçün əsas vermək istəməzdim. Ona görə təkrarlayıram – mən yuxarıda yazılanları bu peşədə olan qadınların hamısına şamil etmirəm. Təəssüf ki, ötən əsr aksentləri ciddi şəkildə dəyişdirib, qadınlar hər yerdə ənənəvi olaraq kişi peşələrinə də, ənənəvi olaraq, kişi funksiyalarına da yiyələnirlər. Bundan onlar nə qədər xoşbəxt ola biliblər – bu, isə artıq hazırkı məqalənin deyil, başqa bir söhbətin mövzusudur.

Bu yaxınlarda söhbət zamanı mən belə bir ifadə eşitdim: “Mənim rəfiqəm – mühasibdir. O deyirdi: “Mən bu peşəyə nifrət edirəm! Lakin, mən başqa heç bir iş görə bilmirəm!”.

Bütün mühasib-qadınlar arasında anonim bir sosioloji sorğu aparmaq, onlardan mövcud peşəyə olan sevgilərini qiymətləndirmələrini istəmək maraqlı olardı. Siz orta nəticənin nə olacağını təxmin edə bilərsinizmi?

Və, təsəvvür edin, adi gözlə görünən odur ki, normativ-qanunvericilik çərçivəsi nə qədər sərtləşirsə, mühasiblərdə özünüqoruma refleksi mexanizmi də bir o qədər çox işə düşür! Sənəd topalarını və ilkin tənzimləyici sənədləri, çoxsaylı dövri mətbuatı, araşdırmağa güc qalmadıqda, müxtəlif subyektiv ruhda növbəti ziddiyyətli birləşmələri şərh etməyə imkan olmadıqda, eyni adlı film nağılından sənətkar Marya-İxtiraçı prinsipini rəhbər tutmağa başlayır: “Nə olacaq, olacaq – fərqi yoxdur!”. Gündəlik baş verən administrativ və qanunverici dəyişikliklər və yeniliklər, düzəlişlər, vergitutma və uçotla bağlı digər baş verənlər üzündən intellektual “soyqırımı” nəzərə alsaq, bu peşədən olan adamlara heç də qibtə etmək mümkün deyil. Lakin, yaşamaq lazımdır, işləmək lazımdır... Mühasiblərə isə hər yerdə tələbat var!

Tarix : 28.12.2021

Baxışların sayı: 8849