Mühasiblər ordusunu illər ərzində süni intellekt kimi qələmə verən startap (5-ci hissə)
ScaleFactor üçün ulduz saatı 2017-ci ildə, firma Techstars Austin biznes-inkubatoru tərəfindən dəstələndikdə vurmuşdu. O, investisiyanın ümumi həcmi 2,5 milyon dollar olduğu zaman, yəni, erkən çağlarda yatırım etmişdi. Sonra şirkətə Canaan Partners-dən olan Maykl Gilroy (hazırda Coatu Management-də işləyir) diqqət yetirmişdi. “Qələbənin həmişə müştəriyə nəsib olduğunu başa düşən komanda tərəfindən yaradılmış əla bir məhsuldur, - onun firması gənc şirkəti 10 milyon dollarlıq sərmayə ilə təmin etdiyi zaman, 2018-ci ilin iyul ayında Gilroy belə yazmışdı. – Və biz ScaleFactor ilə yalnız indi işləməyə başlayırırq”.
Templər artdı və cəmi yarım il sonra ScaleFactor Bayron Ditter tərəfindən keçirilən növbəti raundun gedişində Box, DocuSigh və Twilio kimi startapalara ağıllı yatırımlar edən Bessemer Venture Partners kimi tərəfdaşdan və Silikon vadisindən olan bulud texnologiyası sahəsində nüfuzlu investordan 30 milyon dollar əldə etdi. O, həm də Cloud 100 reytinqinin yaradılmasında da Forbes-in tərəfdaşıdır.
Tanınmış investorlar tərəfindən göstərilən xidmətin dəstəklənməsinə baxmayaraq, müştərilər ScaleFactor-un gözləntilərə cavab vermədiyini dərk etməyə başladılar. 2019-cu ilin aprel ayında şirkətə 10 min dollar ödəniş etmiş internet-mağazasının sahibi Patrik Koddou çıxarışların real vaxt rejimində deyil, ayda bir dəfə təqdim olunduğunu gördükdə, müqavilənin pozulmasını tələb etmişdi. Çünki çıxarışlar əllə emal olunurmuş. “Onlar sadəcə vədlərinə əməl etmirdilər”, - biznesmen belə izah edib.
Bəzi potensial investorlar da oxşar nəticələrə gəlmişdilər. Vəziyyətlə tanış olan mənbələrin sözlərinə görə, növbəti investisiya mərhələsi ərəfəsində bir neçə vençur təşkilatı iştirak etməməyə qərar vermişdi, çünki ScaleFactor-u IT platformasından daha çox xidmət üzrə biznes işi hesab etmişdilər.
Maliyyə-hüquq ekspertizası zamanı potensial investorlardan biri aşkar edib ki, şirkətdə xüsusi komanda var və bu komandanın əməkdaşları onu əmin ediblər ki, “müştərilərlə iş üzrə menecer” funksiyalarını yerinə yetirirlər. Lakin, sonradan arayışlar gələndə məlum olmuşdu ki, onlar mühasibdirlər. “Proqram təminatı avtomatlaşdırılmış şəkildə görünsə də, sən demə, əslində əməliyyatlar bütün bu insanlar tərəfindən ekranın digər tərəfində həyata keçirilirmiş”, - investor belə söyləyib.
Tarix : 13.01.2022
Baxışların sayı: 7664