Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasiblər ordusunu süni intellekt kimi qələmə verən startap (2-ci hissə)

Mühasiblər ordusunu illər ərzində süni intellekt kimi qələmə verən startap (2-ci hissə)

İlk həyəcan təbili müştərilər tərəfindən çalınmışdı. “Əgər siz bu təlxəklərə 100 milyon verən investorların sırasındasınızsa, onda bilin ki, onlar özlərinin pis və aşağı keyfiyyətli məhsulu ilə bütün vəsaitləri boşuna axıdıblar. Koronavirus – bu, sadəcə vəziyyətdən çıxmaq üçün bir bəhanədir”, ScaleFactor-un bağlanacağının elan olunmasından sonra xidmətin müştərilərindən biri Lindsi Raynders, sosial şəbəkələrdə öz narazılığını belə ifadə etmişdi.

Koronavirusun da bu məsələdə öz töhfəsini verməsinə baxmayaraq, şirkət pandemiyanın başlamasından çox əvvəl uçurumun kənarında idi. Texnoloji startaplar, məhsul investorların gözləntilərinə uyğun gələnə qədər, istifadə etdikləri “hər şey alınana kimi özünü bicliyə vur” strategiyası sayəsində çox vaxt komandanı pulla təmin etməkdən ötrü vençur firmalarının xeyirxahlığından yararlanırlar. Lakin, ScaleFactor-un 15 keçmiş əməkdaşının bildirdiyinə görə, şirkət proqram təminatını işləyib hazırlamağı deyil, aqressiv satış strategiyasını seçmiş və  kapital cəlbini isə özünün ali prioriteti olaraq müəyyənləşdirmişdi. Nəticədə məhsul gözlənilən səmərəliliyə gətirib çıxarmadı və müştərilər şirkəti tərk etməyə başladıqda, startapın rəhbərliyi həqiqi ziyanın miqyasını gizlətməyə çalışdı.


Mühasiblər ordusunu süni intellekt kimi qələmə verən startap (1-ci hissə)


Bununla belə, tanınmış vençur fondları, o cümlədən San-Fransiskodan Bessemer Venture Partners, Menlo-Parkdan Canaan Partners və Nyu-Yorkdan Coature Management stratapa pul ödənişləri etməkdə davam ediblər. İnvestorlar mühasibləri əvəz etmək üçün nəzərdə tutulmuş proqramın daha da inkişaf etdirilməsini gözləyirdilər, sözügedən şirkət də bütün bu vaxt ərzində yalnız onlara güvənərək fəaliyyətini davam etdiribmiş.

“Mən başa düşmüşdüm ki, ScaleFactor – sadəcə xidmətləri şişirdilməklə yüksək qiymətləndirilmiş mühasibat firmasıdır”, - adının çəkilməsini istəməyən mühasiblərdən biri (Forbes-in söhbət etdiyi startapın digər keçmiş əməkdaşları kimi) etiraf edib, çünki məlumatları açıqlamamaq barədə müqavilə imzalamış və şirkətin qisas alacağından qorxub.

Adətən mühasibatlıq fəaliyyəti maliyyə hesabatlarının nüanslarını başa düşmək üçün daimi məsləhətləşmələri təxmin edir. Məsələn, Amazon-da alış-verişi xərclərə hesablamaq və ya hesabların ödənişinə daxil etmək. Prosesdə səhvlər ona gətirib çıxara bilər ki, bəzi hesablar iki dəfə ödənilmiş ola bilər və ya heç emal olunmamış qala bilər ki, bu da istisnasız olaraq daha böyük qarmaqarışıqlığa gətirib çıxaracaq.
 

Tarix : 06.01.2022

Baxışların sayı: 8315