Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasiblər ordusunu süni intellekt kimi qələmə verən startap (1-ci hissə)

Mühasiblər ordusunu illər ərzində süni intellekt kimi qələmə verən startap (1-ci hissə)

Bu yaxınlarda Lebedev studiyasının bir ildən də artıq müddətdə süni intellekti real dizayner kimi qələmə verdiyi məlum olub. ABŞ-ın ScaleFactor startapı isə altı il ərzində uğurla bunun əksini edib – belə ki, kiçik biznesdən olan müştəriləri hazırladıqları proqramın onların maliyyə işlərini tam şəkildə öz üzərinə götürə biləcəyinə əmin edib. Məşhur investorlar, bütün hesablamaların əslində süni intellekt tərəfindən aparılmadığını, adi mühasiblər tərəfindən əl ilə yerinə yetirildiyini öyrənənə qədər sözügedən servisə 100 milyon dollar sərmayə qoymuşdular. 

Mühasibatlıq – istənilən kiçik biznes üçün əbədi başağrısıdır, monoton əməyə əsaslanır, ən pisi isə heç də ucuz olmayan bir əməkdir. Kurt Ratmanın startapı isə sehirli bir həll yolu təklif etmişdi – süni intellekt bazasında əsl mühasibi əvəz edə bilən alətlər. Adi ödənişin kiçik bir həssəsinə ScaleFactor xidməti hesabatların aparılması və hazırlanması və vergilərin ödənilməsinin qayğısına qalacağını vəd edirdi. Potensial müştərilərin istənilən şübhələri isə məşhur vençur fondların şirkətə 100 milyon dollar yatırım etmələri xəbərinin xatırlanması ilə aradan qaldırılırdı. “Çünki günün axşam saatları – hesablamalar aparmaq üçün deyil, ailə ilə zaman keçirmək üçün olan bir vaxtdır” – ScaleFactor saytı əmin edirdi.

Bununla birlikdə, axşam vaxtını yaxınları ilə keçirməyə qərar verən bəzi startap qurucuları və kafe sahibləri qısa müddətdə bu xidmətdən istifadə etmək qərarına gəldiklərinə peşman oldular: onlar ödəniş etdikləri şeyi ala bilmədilər. ScaleFactor-un keçmiş əməkdaşlarının nəql etdiklərinə görə, sənədlər xüsusi proqramlar vasitəsilə avtomatik şəkildə deyil, ScaleFactor-un Texasın Ostin şəhərindəki mənzil-qərargahında və ya Filippindəki autsorsinq şirkətinin qərargahında onlarla mühasiblər tərəfindən əl ilə həyata keçirilirmiş. Bəzi müştərilər hesabatları çoxlu səhvlərlə aldıqlarını təsdiq ediblər və həmin səbəbdən onlar bütün hallarda işə yenidən mühasib qəbul etmək məcburiyyətində qalıblar və öz mühasibləri sənədləri bir daha nəzərdən keçirməli olublar.

Ötən ay Ratmanın, ScaleFactor-un yaxın zamanlarda bağlanacağını elan edənə kimi ictimaiyyətin hələ heç bir şeydən xəbəri yox idi. İyunun 23-də Forbes ilə söhbətində şirkətin baş direktoru pandemiyanın fonunda kiçik biznes tərəfindən tələbatın azalması səbəbindən 2019-cu ilin sonuna 7 milyon dollar təşkil edən müəssisənin illik gəlirinin, demək olar ki, iki dəfə azalacağından şikayət etmişdi. ScaleFactor startapı, təxminən 100 işçisini üç aylıq müavinət pulu ödəməklə işdən çıxaracağını və sərmayə kimi yatırılan vəsaitləri investorlara qaytaracağını söyləyib. Bu, koronavirusun qurbanı olmuş növbəti startap üçün tamamilə layiqli bir sonluq olardı.

Tarix : 05.01.2022

Baxışların sayı: 8557