Mühasiblər ordusunu illər ərzində süni intellekt kimi qələmə verən startap (3-cü hissə)
ScaleFactor, bütün işləri rəqəmsal mühitə keçirməyi vəd etmişdi, burada idarəetmə avtomatlaşdırmanın beş aləti üzərində qurulacaqdı: mühasibatlıq, maliyyə proqnozlaşdırılması, hesabların ödənilməsi, vergilərin ödənilməsi və əməkhaqqı fondu. Müştərilərə isə yalnız satış qeydiyyat sisteminə daxil olmaq üçün sənədləri, qəbzləri və açarları təhvil vermək qalırdı.
Şirkət müştəriləri inandırırdı ki, ilkin məsləhətləşmədən sonra mühasibat məhsulunu süni intellekt bazası əsasında aparacaqdır: göstəricilər Quickbooks və ya Xero kimi üçüncü tərəf proqramlarından çıxarılacaq və sonra sistem, əməliyyatları hansı formada təşkil və tətbiq etməyi müəyyənləşdirəcəkdir. Satış şöbəsinin təqdimatlarına inansaq, proqram təminatı aylıq çıxarışları deyil, məlumatları öz portalında real vaxt rejimində xəbər verməli idi.
Amma, əslində proqramın çoxlu sayda proqram səhvləri və digər səhvlər var idi və əməliyyatların dəqiq çeşidlənməsi üçün istifadə edilə bilməzdi, buna görə şirkət mühasiblərdən ibarət xüsusi bir komandanı işə götürmüşdü. Bu layihəyə cəlb olunmuş mühasibatlıq və müştəri xidmətləri işçilərinin sözlərinə görə, onlar müştərilərin sənədlərini əl ilə doldurmalı və sistemin səhvlərini düzəltməli idilər. Məsələni asanlaşdırmaq üçün startap Filippindən The Outsourced Accountant firmasını bu işlərə cəlb etmişdi. Bununla birlikdə, işin haradan aparılmasından asılı olmayaraq, gözlənilməz texnologiya yenə də müştərilərin maliyyə məsələlərində səhvlərə və uyğunsuzluqlara gətirib çıxarırdı.
İnternetdə ScaleFactor startapından şikayətlənən Lindsli Raynders bəyan edib ki, artıq aprel ayında müqaviləsi ləğv edildikdən sonra xidmətin əməkdaşlarından birinin səhvən onun internet-mağazasının müştərilərindən birinə 17 min dollar köçürdüyünü aşkar edib. Lakin, ödənilmə anından altı ay keçib və sahibkar artıq pulu geri qaytara bilməyib, çünki həmin vaxtadək müəyyən edilmiş qaytarılma müddəti başa çatıb. “Biz onlarla işbirliyi qurana qədər özümüzün əla və təmiz bir mühasibatlığımız var idi”, - Raynders xatırlayır. Onun sözlərinə görə, ScaleFactor ilə əməkdaşlıq təcrübəsi ilə bağlı hər hansı bir məlumatı yaymamaq barədə özünə təklif edilən müqaviləni imzalayacağı təqdirdə, startap ona müqavilə üzrə il ərzində 23 min dollar məbləğində qismən kompensasiya ödənişi təklif edibmiş. Sahibkar həmin təklifdən imtina edibmiş.
Tarix : 07.01.2022
Baxışların sayı: 8544