Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasiblər ordusunu süni intellekt kimi qələmə verən startap (4-cü hissə)

Mühasiblər ordusunu illər ərzində süni intellekt kimi qələmə verən startap (4-cü hissə)

İndi istənilən bir şirkət bağlandığı zaman, digər müştərilər də çox şey vəd edən və sonra da nəticə etibarilə vədini yerinə yetirə bilməyən startaplarla iş aparmaq risklərinə dözməli olacaqlar. ScaleFactor ilə müqaviləni ləğv San-Fransiskodan olan qəhvəxana sahibləri Cornelia və Robert Stang, indi bir neçə ay ərzində hesablamalarda buraxılmış səhvləri düzüb-qoşmaq üçün yeni mühasib axtarırlar. “Bu nə dərəcədə çətin olacaq? Axı, biz sadə bir qəhvəxanayıq- ScaleFactor-dan olan mütəxəssislə öz söhbətini xatırlayır. – Əgər siz bizim problemimizi həll edə bilmirsinizsə, onda ümumiyyətlə, heç kimə kömək edə bilməyəcəksiniz”.

ScaleFactor bu məqalə üçün Ratmann ilə müsahibə təşkil etməkdən imtina etmişdi. Şirkətin mətbuat-xidməti suallara yalnız elektron poçtla cavab verirdi, sonra isə Forbes jurnalı tərəfindən göndərilən suallara birbaşa Ratmanın bəyanatını təqdim etmişdi: “Aşağıdakı elektron məktub bir çox faktiki uyğunsuzluqlar və təhrif edilmiş məlumatları ehtiva edir. Mənim başqa bir şərhim yoxdur”.


Mühasiblər ordusunu süni intellekt kimi qələmə verən startap (1-ci hissə)

Mühasiblər ordusunu süni intellekt kimi qələmə verən startap (2-ci hissə)

Mühasiblər ordusunu süni intellekt kimi qələmə verən startap (3-cü hissə)


Şirkətdəki investisiya raundlarına rəhbərlik edən Bessemer Venture Partners və Coatue Management şirkətləri də şərh verməkdən imtina etmişdilər, Canaan Partners şirkəti isə sorğulara cavab verməmişdi. Bu təşkilatlardan birincisi – Cloud 100-lə Forbes, bulud texnologiyaları sahəsində ən böyük şirkətlərin reytinqini tərtib etmək sahəsində əməkdaşlıq edir.

Məşhur investorları ələ keçirmək

33 yaşlı Ratmannda sahibkarlıq meylləri gənc yaşlarından özünü biruzə vermişdi. Dostları hər bir senti video-oyunlara xərclədikləri zaman o, çəmənliklərin otunu biçir və şəxsi biznesi üçün pul toplayırdı. Artıq 17 yaşında o, Hyuston sakinləri üçün işıqlandırma işlərini yerinə yetirən şirkətə malik idi. ScaleFactor şirkətini isə Ratmann KPMG-də auditor və kiçik telekommunikasiya şirkətində maliyyə üzrə direktor işlədikdən sonra, 2014-cü ildə yaratmışdı. Bu vəzifələrdə çalışarkən, iş adamı kiçik biznesdə mühasibatlığın aparılması üçün texnologiyaların vacib olduğuna şəxsən əmin olmuşdu.
 

Tarix : 11.01.2022

Baxışların sayı: 7852