Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mafiyanın mühasibi Meyer Lanskiy (4-cü hissə)

Mafiyanın mühasibi Meyer Lanskiy (4-cü hissə)

Lanskinin bütün bu zaman ərzində rahat və qayğısız yaşadığını söyləmək olmazdı. Ötən əsrin 50-ci illərindən başlayaraq, FTB ona qarşı öz təzyiqini artırmışdı. KİV-lər də məşhur qulduru sakit buraxmırdı. Lanskiyə qoyulan “Xaç atalarının xaç atası”, sonradan isə “Mafiya şeflərinin şefi” ləqəbinin müəllifliyi də məhz, jurnalistlərə aid idi.

Həmin vaxtlardan başlayaraq, Lanskinin mənzili dinlənilirdi, vaxtaşırı orada axtarışlar həyata keçirilirdi, lakin, bu tədbirlərin hamısı uğursuzluğa düçar olurdu. FTB agentlərinin hesabatlarında Lanskiy çox vaxt “amerikan mafiyasının yəhudi komponenti” qeyd olunurdu.


Mafiyanın mühasibi Meyer Lanskiy (1-ci hissə)

Mafiyanın mühasibi Meyer Lanskiy (2-ci hissə)

Mafiyanın mühasibi Meyer Lanskiy (3-cü hissə)


Vəziyyəti daha da ağırlaşdıran o idi ki, Federal təhqiqatlar bürosunun rəhbəri Con Edqar Huver Lanskini şəxsən özü “zəhərləməklə” məşğul idi. İş onda idi ki, Meyer Huverə qarşı əvəzsiz kompromat (dəlil) əldə etmişdi – videoda FTB direktorunun gizli mənzildə əyləncələri yer almışdı.

Və yalnız vergilərin ödənilməməsi ilə bağlı Lanskini gözləyən həbs müddəti ilə bağlı problem üzündən o, 1970-ci ildə İsrailə qaçmalı oldu. İsrailə gələn kimi onun ilk işi Qolda Meirlə (baş nazir) görüş oldu. Lanskiy iki il müddətinə turist vizası əldə edə bildi. Amma, ABŞ qanqsterin geri təhvil verilməsini tələb edirdi. Qolda Meir Lanskiyə vətəndaşlıq verərsə, amerikan prezidenti Riçard Niksonun bombardmanı və qırıcı təyyarələr təchizatını dayandıra biləcəyini istisna etmirdi. İsrail ABŞ-la münasibətləri korlaya bilməzdi və bunu Lanskinin özü də dərk edirdi.

Turist vizasının müddəti başa çatdıqdan sonra Lanskiy yeni sığınacaq tapmaq məqsədilə İsraili tərk etdi. Lakin, hansı ölkəyə sığınacaq üçün müraciət etsə də, hamısından rədd cavabı aldı və yalnız Paraqvay diktatoru Alfredo Stresner Meyerə müvəqqəti yaşamaq üçün icazə verdi. Amma, Lanskiyə Paraqvaya getmək nəsib olmadı. Yolda FTB agentləri onu həbs etdilər və Mayamiyə gətirdilər.

Meyer Lanskiy vergiləri ödəmədiyinə görə mühakimə olundu və ona 1,5 il həbs cəzası kəsildi. Baxmayaraq ki, sonradan ona bəraət verildi, Lanskiy xarici pasportdan məhrum edilmişdi, bu isə ona ABŞ-ı tərk etmək imkanı vermirdi. O, Mayamidəki öz rançosunda yerləşdi və ömrünün sonuna kimi orada yaşadı. Həmin illər ərzində qanqster heç kimin diqqətini çəkməyən sakit bir həyat tərzi sürdü.

Meyer Lanskiy 1983-cü ildə infarktadan vəfat etdi. Onun Pavel adında bir oğlu və Anna adında bir qızı var. Oğlu Pavel öz həyatını ABŞ HDQ ilə bağlamışdı, sonralar isə müəllimliklə məşğul olmuşdu. Qızı Annanın kriminal biznesdən uzaq olan bir sahibkara ərə getdiyi barədə məlumat var. Yəhudi tərbiyəsinin mahiyyəti bax, bundadır: italyan və amerikan həmkarlarından fərqli olaraq, yəhudi mafiozlarından heç biri öz övladlarına quldurluq peşəsini miras olaraq verməmişdir.

Tarix : 01.12.2021

Baxışların sayı: 11756