Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mafiyanın mühasibi Meyer Lanskiy (2-ci hissə)

Mafiyanın mühasibi Meyer Lanskiy (2-ci hissə)

Satılan məhsulların həcminin artırılması naminə əlaltıları ilə birlikdə Meyer Kanada viskisinin nüfuzlu çeşidlərinə xüsusi dad əlavələri və boyaları əlavə etdikdən sonra tibbi spirt ilə qarışdırırdılar. Boş qablaşdırma şüşələri və etiketlərlə bağlı isə heç bir problem yaranmırdı, çünki həmin məhsullar sərbəst satışda idi. Lanskiy bandası malları öz nəzarətləri altında olan mağazalar şəbəkəsində və digər yerlərdə satırdılar.

1929-cu ildə Nyu-York fond birjasında baş vermiş enişlər, Lanskiy dəstəsinin vəziyyətini daha da möhkəmləndirmişdi, ora həmçinin Salvatore Luçano, Luis Lepke, Yaşa Guzik və Baqsi Siqel də daxil idilər. Amerikanın kriminal aləminə onların təsiri o qədər güclü idi ki, Al Kapone kimi nüfuzlu avtoritet belə öz fəaliyyətini Meyer Lanskiy ilə razılaşdırmalı olurdu.


Mafiyanın mühasibi Meyer Lanskiy (1-ci hissə)


Güclü bir qumar imperiyası yaratmaq fikri Lanskiyə spirtli içkilərə qoyulan qadağanın tezliklə sona çatacağını anladığında gəlmişdi. Meyer çox tez dərk etdi ki, Çikaqo, Detroyt və Klivlenddə qumar oyunları evləri açılmalıdır. Bunun ardınca Lanskiy və Luçano, Kuba diktatoru Batistaya 6 milyon dollar verərərək, Kubada qumar oyunları şəbəkəsinin yaradılmasından ötrü patent almaq üçün razılaşmışdılar.

Meyer Lanskiy 1937-ci ildə Havanada “Nasional” adlandırılan ən möhtəşəm otel-kazino yaradılması ideyasını həyata keçirdi. Elə həmin vaxt Lanskiy Kubadakı otellərdə təşkil olunan qumar oyunlarını vergidən azad edəcək yeni qanunun qəbuluna çalışırdı.

Bundan başqa, Las-Veqasda bu günə qədər ən populyar olan qumar biznes mərkəzinin yaradılması da Luçano və Baqsi ilə birlikdə Meyer Lanskinin işi idi,  hansı ki, ABŞ-ın Nevada ştatında qumar oyunlarının keçirilməsindən ötrü icazə alaraq, Monte-Karlo oyun mərkəzinin qurulmasından ötrü öz vəsaitlərini sərmayə kimi qoymuşdular.

Lanskiy, Siqel və Luçano əsaslı şəkildə işə girişdilər və əsas fəaliyyət növü oyun müəssisələrinin inşası olan bir şirkət yaratdılar. Yekunda, 10 ildən artıq işlədikdən sonra, 1947-ci ildə Las-Veqasda bütün oyun kompleksi öz qapılarını açdı.

Kompleksin inşası işləri, xüsusən də Siqelin tikinti üçün nəzərdə tutulan fonddan pul oğurlaması səbəbindən xeyli uzanmışdı. Məhz, bunun üstündə, oğurluq faktı aşkara çıxdıqdan sonra Baqsi 1947-ci ildə öz həyatından olmuşdu. Siqel Los-Ancelesdəki evində muzdlu qatil tərəfindən qətlə yetirilmişdi. Lanskiy öz tərəfdaşını xilas etməyə cəhd göstərmişdi, lakin, kooperasiyanın italyan üzvləri öz nüfuzları sayəsində onun bu cəhdlərini önləyə bilmişdilər.

 

Tarix : 24.11.2021

Baxışların sayı: 12275