Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mafiyanın mühasibi Meyer Lanskiy (1-ci hissə)

Mafiyanın mühasibi Meyer Lanskiy (1-ci hissə)

ABŞ-da əfsanəvi yəhudi mafiyasının “quru qanun” dövrünün parlaq nümayəndələrindən biri də “mafiya mühasibi” kimi tanınan Rusiya imperiyasının Qrodno şəhərindən olan Meyer Lanskidir. O, dostu Çarlz Luçano və ya sadəcə “Laki” ilə birlikdə Amerikada “Milli cinayətkar sindikat”ın formalaşmasında mühüm rol oynamışdı. Lanskiy uzun illər ölkə ərazisində müstəsna nüfuzunu qoruyub saxlaya bilmişdi.

Meyer Lanskiy, ilk növbədə, Mayami və Las-Veqası, eləcə də digər Amerika şəhərlərini və Kubada oyun konsessiyalarını əhatə edən ən böyük oyun biznesinin yaranmasının mənbəyində dayanmışdı.

Meyer Lanskinin tərcümeyi-halı XX əsrin əvvəllərində Rusiya imperiyasının bir hissəsi olan Belorusun Qrodno şəhərindən başlayır. Onun əsl soyadı Lanskiy deyil, Şuşlanovskiy, digər mənbələrə görə isə Suxomlyanskidir.

Meyer ailəsinin ABŞ-a qaçışının səbəbi 1910-cu ildə Qrodnoda ravvinlərdən birinin xristian qızının öldürülməsində təqsirli bilindikdən sonra başlamış qırğınlarla bağlı idi. Beləliklə, Lanskiy ailəsi digər oxşar yəhudi köçkünləri ilə birlikdə 1911-ci ilin aprel günlərində birində gəmi ilə Nyu-Yorkun Ellis-aylend adasına gəldi. Ailə, Lanskiy soyadını bunun Amerikada daha adi səslənəcəyinə qərar verən ABŞ immiqrasiya departamentinin bir işçisinin köməyi ilə əldə etmişdi.

Meyer ailəsi Nyu-Yorkun o zamankı şəhər ətrafında, ən yoxsul rayonlardan biri olan Bruklindəki Aşağı İst-Saydda yerləşirdi. Lanskiy hələ uşaq ikən sırf köçkün uşaqlarından ibarət gənclərdən ibarət xuliqan dəstəsinə daxil olmuşdu. Onda belə qrupların sayı kifayət qədər çox idi. Onların hamısı milli əlamətə görə formalaşmışdı, buna görə Meyerin yəhudi dəstəsinə daxil olması məntiqli idi. Məhz, orada sonradan cinayət biznesində ortaqları olan yoldaşları ilə tanış oldu.

Yəhudi xuliqanlarının,  onlarla qarşı-qarşıya gələn “Şanslı” ləqəbli Salvatore Luçanonun rəhbərlik etdiyi italyan dəstəsinə qarşı döyüşməsi adi bir hal idi. Xırda xuliqanlıq daha ciddi axtarışlara çevrildikcə, müharibə edən qrupların münasibətləri işbirliyinə çevrildi.

Bir dəfə şabat bayramını qeyd etmək üçün anasının verdiyi pulu kart oyununda uduzmuşdu. Bundan sonra özünə söz vermişdi ki, bir daha uduzmasın, ən başlıcası isə kart oyunlarına daha məharətlə yiyələnsin. Müəyyən müddətdən sonra Meyerin artıq bir neçə şəxsi kazinosu var idi və onlar öz gənc sahibinə xeyli gəlir gətirirdi.

Lanskini “böyük qeyri-leqal biznes”də ilk addımlarını ABŞ-da yəhudi mafiyasının banisi hesab olunan Arnold Rotşteynin varisi kimi atmışdı.

Lanskiy özünün əsas kapitalını 1919-cu ildən 1933-cü ilə kimi davam edən “quru qanun” (spirtli içkilərin qadağan olunmasını nəzərdə tutan qanun)  illərində toplamışdı. Həmin dövrdə Lanskiy Benjamin (Bagsi) Siqel adlı daha bir yəhudi qanqsteri və digər əlbirlərlə birlikdə qeyri-leqal spirtli içki satışı, buttlegerliklə məşğul olurdu. Lanskiy, Ontario sərhəd gölü vasitəsilə Kanadada yerləşən şərab istehsalı konsernindən qeyri-leqal spirt tədarükünü qurmuşdu, həmin konsernin direktoru Samuel Bronfmanı isə özünə şərik etmişdi.

 

Tarix : 22.11.2021

Baxışların sayı: 12607