Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mafiyanın mühasibi Meyer Lanskiy (3-cü hissə)

Mafiyanın mühasibi Meyer Lanskiy 3-cü hissə

Ömrünün sonunda Meyer Las-Veqasda adamların kazinoda olduqdan sonra geri döndükdə, qumar oyunları biznesini əxlaqsızlıq yuvası adlandırdıqlarını xatırlamışdı. Meyerə təsir edən o idi ki, bütün bu adamlar əvvəllər necə olduğunu heç xatırlamırdılar. Belə ki, vaxtilə Meyer və onun tərəfdaşları, təzəlikcə bu biznes sahəsinə girişmək istədikləri vaxtlarda, Floridanın böyük hissəsinə və ölkənin bir sıra digər rayonlarına yəhudilərə daxil olmaq qadağan edilmişdi. Hamı, hələ İkinci dünya müharibəsinə qədər hər hansı bir yəhudinin otel, kazino və apartamentlərin böyük əksəriyyətinə daxil ola bilməməsini, sanki yaddan çıxarmışdı. Və yalnız Lanskiy və şirkəti tərəfindən tikilmiş kazinolar açıldıqdan sonra bu yerlərə daxil olmaq hamıya nəsib oldu: xristianlara, müsəlmanlara və ya qaradərililərə.


Mafiyanın mühasibi Meyer Lanskiy (1-ci hissə)

Mafiyanın mühasibi Meyer Lanskiy (2-ci hissə)


Maraqlıdır ki, Meyer Lanskinin ailəsi, bir qayda olaraq, bütün yəhudi bayramlarına riayət edirdi.  Uşaq yaşlarından Meyerə öz xalqına vətənpərvərlik, həmrəylik və sevgi hissləri aşılanırdı və o, heç vaxt yəhudi olduğunu unutmamışdı. Daha bir əlamətdar hadisə 1939-cu ildə, Avropada faşizmin çiçəklənməsi dövründə baş vermişdi. Avropadan olan yəhudi qaçqınlarla dolu daha bir gəmi Kubanın Havana limanına yan almağa çalışırdı. Amma, hakimiyyət orqanları gəmiyə limana daxil olmağı qadağan etmişdi. Bundan xəbər tutan Lanskiy, miqrasiya məmurlarına hər bir yəhudi qaçqınından ötrü 500 dollarlıq bir məbləğ vəd etmişdi. Nəticədə Kubanın hakimiyyət dairələri gəminin limana daxil olmasına icazə vermişdi.

Daha sonralar, 1947-ci ildə bir çox Avropa dövlətləri tərəfindən İsrailə silah göndərilməsinə qarşı sərt qadağa tətbiq edilmişdi, Bu qadağadan yan ötməklə bağlı əməliyyat ideyaları da məhz, Lanskiyə məxsus olub. O vaxt Avropa və SSRİ-nin lend-liz siyasəti çərçivəsində aldığı silah-sursatın bir hissəsinin geri qaytarılmasına başlanılmışdı. Nyu-York və Nyu-Cersi limanlarının rəhbərləri əlaqəsi olan Meyer həmin silahların gizli şəkildə komplektləşdirildikdən sonra Hayfaya göndərilməsinə razılıq əldə edə bilmişdi.

Meyer Lanskinin qərarı sayəsində Nyu-Yorkdan Hayfaya silahların nəqli üçün yeni dəniz yolu yarandı, İsrail ordusu isə silah sarıdan ciddi dəstək aldı. Bununla eyni zamanda Lanskiy Misir ordusunun müntəzəm təchizatını da poza bilməyə də nail olmuşdu.

İsrailin müstəqilliyini elan etməsi anından cəmi 11 dəqiqə sonra  Lanskiy gənc dövlətin hesabına böyük həcmdə pul məbləği köçürmüşdü. Bunda isə təəccüblü bir şey yox idi, axı, Las-Veqasda kazino açıldıqdan sonra Lanskiy, qumar oyunlarından gələn bütün gəlirlərin onda bir hissəsini İsrail dövlətinin nəfinə köçürəcəyini vəd etmişdi.

Fidel Kastro 1959-cu ildə  Kubada hakimiyyətə gələndən sonra kazinonu bağlamaq qərarı vermişdi ki, bu da Meyer Lanskinin adada vəziyyətini ciddi şəkildə çətinləşdirmişdi. Meyer nə az-nə çox, düz 17 milyon dollar itirmişdi və bütün şəbəkədən əli çıxmışdı. Lanskiy Kastro və Çe Gevara ilə heç olmasa, zərərə görə kompensasiya almaq üçün şəxsən razılaşmağa cəhd etsə də,  onun əmlakı ilə bağlı adanın yeni liderlərinin başqa planları var idi.

Meyer öz biznesini hələ spirtli içkilər qadağası dövründə əlaqələri olan Baham adlarına köçürdü. 1963-cü ildə orada Kubadakı otel-kazinonun ilk analoqu açıldı.
 

Tarix : 26.11.2021

Baxışların sayı: 422