Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İqtisadiyyat: faktlar və rəqəmlər

Adambaşına düşən ÜDM-ə görə İsveçrə dünyada ilk yerlərdən birini tutur. Onun iqtisadi gücü əsasən xidmət sektoruna əsaslanır. Ölkənin ən mühüm ticarət tərəfdaşı Avropa Birliyidir.

İsveçrə adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) həcminə görə dünyada ikinci yerdədir (BVF-nin statistikasına görə, 2020-ci ildə bu göstərici 86 850 ABŞ dollarına bərabər olub).


Kadrların seçiminin müasir kriteriyaları və metodları


Xidmət sektoru İsveçrənin ÜDM-nin təxminən 74% -ni təşkil edir. Sənayenin payına, təxminən, 25%, kənd təsərrüfatının payına isə 1% - dən az düşür.

Avropa İttifaqı – İsveçrənin ən mühüm ticarət tərəfdaşıdır. İdxalın 66 faizinə yaxını Avropa İttifaqından daxi olur və İsveçrə ixracının 48 faizi Avropa Birliyi ölkələrinə gedir.

İsveçrə şirkətlərinin böyük əksəriyyəti (99% - dən çox) – 250 nəfərdən az əməkdaşı olan kiçik və orta müəssisələrdir.


Mafiyanın mühasibi Meyer Lanskiy


Digər ölkələrlə müqayisədə İsveçrənin dövlət borcu (hətta pandemiya ilə bağlı koronavirus böhranından sonra belə) hələ də nisbətən elə də böyük deyil. 2021-ci ilin əvvəlində məcmu dövlət borcu (maliyyə aktivləri çıxılmazdan əvvəl) ÜDM-in təxminən 15% -ni təşkil edirdi (100 milyard İsveçrə frankına yaxın).

İsveçrədə ƏDV Avropada ən aşağı əlavə dəyər vergisi hesab olunur. Əksər mal və xidmətlər üçün sabit faiz dərəcəsi 7,7% təşkil edir (müvəqqəti yaşayış mənzil xidmətləri üçün 3,7% və ilkin tələbat malları üçün 2,5%).


Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi?


İsveçrə hər il elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə 22,5 milyard İsveçrə frankından çox vəsait ayırır ki, bu da təxminən ÜDM-nin 3 faizini təşkil edir. Bu xərclərin üçdə ikisindən çoxu iqtisadiyyatın özəl sektorunun payına düşür.

 

Tarix : 21.02.2022

Baxışların sayı: 4685