Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Kadrların seçiminin müasir kriteriyaları və metodları (1-ci hissə)

Kadrların seçilməsi namizədlərin cəlb edilməsi prosesi başa çatdıqdan sonra əməkdaşların işə götürülməsi prosedurunun ikinci mərhələsidir. Proses özlüyündə ən pislərin ələnməsi (long-listing) və ən yaxşıların və ya siyahı seyrəldikdən sonra yerdə qalan namizədlər sırasından ən yaxşıların (short-listing) seçimini təcəssüm etdirir.

Düzgün seçim etmək üçün hər bir namizəd ilə işgüzar və liderlik keyfiyyətlərini öyrənərək müsahibə aparmalı və onun bu şirkətə uyğun olub-olmadığı barədə nəticə çıxarmalı olacaqsınız.

Müsahibə üçün düzgün sualların seçimi – çox vacib məsələdir. Suallar şirkətin fəaliyyətinə maksimal dərəcədə yaxın olmalı və namizədin peşəkar və idarəçilik keyfiyyətlərini müəyyən etməklə, onun şəxsiyyət kimi tam aşkarlanmasına kömək etməlidir. Personalın seçim meyarları və metodları isə korporativ mədəniyyətin tələblərinə mümkün qədər yaxın seçilməlidir.

Seçimin əsas məqsədləri

Seçim proseduru uyğun əməkdaşın həm kənarda, həm də müəssisə daxilində axtarışı ilə başladıla bilər.

Namizədlərin kənarda axtarışı, şirkətlərə yeni ideyalar, peşəkar biliklər və yeni istedadlar çatışmazlığını aradan qaldırmağa kömək edir.


Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi


Daxili axtarış isə müəssisədə artıq işləyən əməkdaşlar tərəfindən vakansiyaları doldurmaq və ya karyera pilləsində irəliləmə prosesini təşkil etmək üçün həyata keçirilir.

Ştatların ixtisarını aparmaq zərurəti də həmçinin daxili seçim prosedurunu aktivləşdirə bilər, axı, şirkət kimin getməli və kimin qalmalı olduğu sualına cavab verməlidir.

Kadr seçimi metodlarının seçimini nə müəyyənləşdirir?

Şirkətlərin kadrlara ehtiyacı və əmək bazarında vəziyyət – bu, işə qəbul zamanı seçim proseduruna birbaşa təsir göstərən iki əsas amildir. Kadrların seçilməsi üsullarının özləri də müxtəlif ola bilər. İştirakçıların sayına görə onlar bu cür təsnif edilir:

• fərdi (müsahibə və test prosesində bir namizəd iştirak etdikdə)

• qrup halında (müsahibədə və ya testlərdə eyni vaxtda bir neçə iddiaçı iştirak etdikdə)

• kütləvi (eyni zamanda çoxlu sayda insanı qısa müddətdə sınaqdan keçirmək lazım olduqda)

Seçim alətləri kimi kadrlar şöbəsi və ya rəhbərlik aşağıdakıları seçə bilər:

• peşəkar müsahibə

• strukturlaşdırılmış müsahibə

• davranış müsahibəsi

• psixometrik testlər

• poliqrafda yoxlama

• müxtəlif testlər və biznes keyslər

• oyunlaşdırma: onlayn oyunlar

• rol oyunları

• layihə tapşırıqları

 

Tarix : 17.02.2022

Baxışların sayı: 5752