Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi? (4-cü hissə) 

Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi (4-cü hissə)

11 avqust 1984-cü il tarixində ABŞ prezidentinin Amerika xalqına ənənəvi şənbə günü radio müraciəti olmalı idi. Güman edilirdi ki, bu dəfə söhbət məktəblilərə sinifdənkənar saatlara əlavə hüquqların verilməsindən gedəcək.       

Məqsəd vasitələrə haqq qazandırır?    

1965-ci ildə artistlik fəaliyyəti ilə əlaqələrini kəsən Reyqan, siyasətə üz tutur. Mühafizəkar respublikaçılar onu böyük xəzinə olaraq gördülər – artistizmi və əksəriyyətə tanış olan sima, əlavə məsrəflər etmədən Reyqanı siyasi mübarizənin ön cəbhəsinə çıxarmağa imkan verdi. Və artıq 1967-ci ildə dünənin aktyoru Kaliforniyanın qubernatoru seçildi.

1976-cı ildə ilk dəfə prezidentlik postuna doğru gedən qapılar onun üzünə açıldı, amma, partiya seçkilərində o, Cerald Forda uduzdu. Dörd il sonra isə onun qarşısını artıq heç kim ala bilmədi – fəaliyyətdə olan prezidentə seçkidə qalib gələn Reyqan, ABŞ prezidenti oldu.


Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi? (1-ci hissə) 

Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi? (2-ci hissə) 

Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi? (3-cü hissə) 


Deyirlər ki, qalibləri mühakimə etmirlər. Reyqan isə qarşıdurmada SSRİ-yə qalib gəlmişdi, hətta nəhəng imperiyanın dağılmasının son aktı onun istefasından sonra həyata keçsə də, bu belə idi.

Lakin, gəlin, biz bütün bunlara başqa bir tərəfdən baxaq. 1984-cü ildə Reyqan “şər imperiyası” barədə öz qarğışları ilə vəziyyəti o qədər qızışdırmışdı ki, dünya az qala nüvə faciəsi qarşısında qalmışdı. Və əgər, digər tərəfdən həmin anda o, çevik bir adam yox, ölümü utancdan üstün tutan daha prinsipial biri olsaydı, onda nə baş verərdi?

Reyqanın rəhbərliyi altında başladılan Əfqanıstanda terrorçuların silahla təchizatı, 2001-ci ildə 11 sentyabr terror aktı ilə nəticələndi ki, yaşının ahıl çağlarında onun özü də bunu görə bildi.

1983-cü ildə Reyqan Qrenadaya qarşı hərbi əməliyyata başladı ki, bu, Vyetnam müharibəsindən sonra ilk müharibə sayıla bilərdi.

Başqaları tərəfindən ödənilən uğur         

1990-cı illərin əvvəlində başladılan məşhur “reyqanomika” zamanın sınağından keçə bilmədi. Reyqanın zamanında yoxsulların sayı nəinki azalmadı, əksinə bir qədər də artdı. Reyqan administrasiyasının siyasəti amerikan cəmiyyətində maliyyə təbəqələşməsini daha da sürətləndirdi. Onun prezidentliyi dövründə evsizlərin problemi yeni səviyyəyə qalxdı, lakin, Reyqan onu həll etmək belə istəmirdi və belə bəyan edirdi: “Küçədə yaşamaq – onların öz seçimidir”.

Amerikalı iqtisadçı Frensis Fukuyama hesab edir ki, “reyqanomika”nın finişi 2008-ci il böhranı oldu: “Mən elə bilirəm ki, bu “reyqanizmin” sonu idi. Reyqanın bir neçə ideyası var idi ki, onlardan biri vergilərin azaldılması, xərcləri isə əvvəlki səviyyədə saxlamaqla bağlı idi: hesab olunurdu ki, o, iqtisadi yüksəlişə gətirib çıxaracaq. Amma, həmin iqtisadi siyasət nəinki buna gətirib çıxarmadı, əksinə bir çox problemlər yaratdı”.

Amma, etiraf etmək lazımdır ki, Reyqan öz dediyinə nail olan siyasətçilərdən biri olub. Həmin uğurun qiyməti isə dünyanın digər kəsimi üçün hətta bu günə kimi sonuna qədər müəyyən edilməyib.   

Tarix : 10.12.2021

Baxışların sayı: 10797