Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi? (1-ci hissə) 

Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi? (1-ci hissə) 

11 avqust 1984-cü il tarixində ABŞ prezidentinin Amerika xalqına ənənəvi şənbə günü radio müraciəti olmalı idi. Güman edilirdi ki, bu dəfə məktəblilərə sinifdənkənar saatlara əlavə hüquqların verilməsindən söhbət gedəcək.

“Rusiya əbədi olaraq qanundankənar elan olundu”

Lakin, bunun əvəzində qəfildən bunlar səsləndirildi: “Həmvətənlərim, bu gün mən Rusiyanın əbədi olaraq qanundankənar elan olunması ilə bağlı sərəncam imzaladığımı sizlərə elan etməkdən çox şadam. Bombardman beş dəqiqədən sonra başlayacaq”.

Xoşbəxtlikdən bu efirə verilmədi. Bu improvizasiyalı çıxışı yalnız ABŞ prezidentinin köməkçiləri və həmin mətni hazırlayan texniki işçilər eşitdilər. Onlar dövlət başçısının hazırcavablığına nəzakətlə güldülər. Amma, bir neçə saatdan sonra prezidentin Sovet ittifaqını bombalamağa hazırlaşması xəbəri ABŞ-da ildırım sürəti ilə yayılmağa başladı.

ABŞ-ın 40-cı prezidentinin bu improvizasiyası, onun bir çox həmvətəninin xoşuna gəldi. Həmin an üçün dünyada vəziyyət son ana qədər gərginləşmişdi. Ronald Reyqanın “Kommunizmə qarşı elan etdiyi səlib yürüşü” Moskvanı hədsiz dərəcədə qəzəbləndirmişdi, Kreml amerikalıların qaçılmaz zərbəsinə ciddi şəkildə cavab verməyə hazırlaşırdı.

Reyqanın bu bəyanatı TASS agentliyi tərəfindən cavablandırıldı, həmin cavabda belə deyilirdi: “ABŞ prezidentinin bu cür düşməncəsinə təhdidi Sovet ittifaqında hiddətlə qarşılanıb. Bu cür davranış, ilk növbədə, nüvə silahına malik olan dövlətlərin rəhbərlərinin öz xalqlarının taleyinə, bəşəriyyətin taleyinə məsul olduqları yüksək məsuliyyətlə bir araya sığmır”.

Həmin vaxt SSRİ-nin şəhər və kəndlərində ağızdan-ağıza belə şayiələr dolaşırdı: “Reyqan – normal adam deyil. O, öz məsləhətçilərinə nüvə müharibəsinə başlamağı təklif edir, onlar isə prezidenti güclə sakitləşdirə biliblər”.

Görünür, Reyqandan ötrü onun siyasi karyerası aktyorluğun davamı idi. Baxmayaraq ki, Yer planetinin altıda birini əhatə edən ölkə sakinlərinin bu personaja heyran qalmaları üçün hər hansı bir əsas yox idi, o, siyasətdə daha çox nüfuz qazanmışdı.

Tarix : 02.12.2021

Baxışların sayı: 11467