Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi (3-cü hissə)
11 avqust 1984-cü il tarixində ABŞ prezidentinin Amerika xalqına ənənəvi şənbə günü radio müraciəti olmalı idi. Güman edilirdi ki, bu dəfə söhbət məktəblilərə sinifdənkənar saatlara əlavə hüquqların verilməsindən gedəcək.
Qısametrajlı filmlər, teleseriallar, aparıcısı olduğu televiziya proqramlarını hesab etməsək, Reyqanın karyerasında əlliyə yaxın tammetrajlı filmlər olub. Reyqan “Qızıl qlobus” mükafatını alıb və Hollivudun “Ulduzlar xiyabanında” ulduza layiq görülüb. Amma, buna baxmayaraq, o, heç də görkəmli kino ustası ola bilməmişdi.
1942-ci ildə Reyqan hərbi xidmətə daxil olub, təbliğat və təşviqat işləri ilə məşğul olmağa başlayıb. O, gəncləri hərbi xidmət keçməyə, döyüşə bilməyənləri isə ordunun xeyrinə vəsaitlər ödəməyə səsləyən roliklər və qısametrajlı filmlər çəkirdi.
Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi? (1-ci hissə)
Belə roliklərin sayı yüzlərlə idi və Reyqanın özü də bəzən reallığı öz əsərləri ilə qarışdırmağa başlamışdı. Siyasi karyerası dövründə, bir neçə dəfə söhbət zamanı onun İkinci dünya müharibəsi dövründə hərbi filmlərin süjetini baş verən reallıqlarla dəyişik salmasının şahidi olmuşdular.
Cənab stukaç
1940-cı illərin sonunda Reyqan kino aktyorları Gildiyasının prezidenti oldu və illər keçdikdən sonra o, həmin vaxtları elə də həvəslə xatırlamırdı.
“Cədugərlərə qarşı ov” zamanlarında o, bəyan etmişdi ki, “kommunistlər Hollivud üçün ciddi təhlükə təşkil edir”. Kino aktyorları Gildiyasının rəhbəri kimi Reyqan, nəinki təzyiqlərə məruz qalan həmkarlarını müdafiə etməmiş, əksinə özü də həmin təzyiqlərə qoşulmuşdu.
Onun bir antikommunist olması, heç də cinayət və ya alçaqlıq demək deyildi. Lakin, sonralar aşkara çıxmışdı ki, o, FTB-nin gizli agenti olub və Hollivuddan olan və SSRİ-yə rəğbəti olan öz həmkarları barədə həmin təşkilata donoslar yazıbmış.
Məşhur müğənni Co Dassenin atası, aktyor və rejissor Jül Dassen, ssenariçi Orson Uelss və hətta əfsanəvi Çarli Çaplinin özü – bütün bu şəxslər bir çox başqaları Hollivudda “cədugərlərə qarşı ovdan” zərər görmüşdülər. Və Reyqanın bu işdə müstəsna “xidmətləri” olubmuş.
1981-ci ildə Hollivud xadimləri “Kinokaryerada ən pis nailiyyətlər” nominasiyasında “Qızıl moruq” mükafatı təsis etdilər və dərhal da həmin mükafata Reyqanı layiq görmüşdülər. Görünür, bu, təkcə peşəkarlığın deyil, həm də insani keyfiyyətlərin dəyərləndirilməsi ilə əlaqəli bir hal idi.
Tarix : 08.12.2021
Baxışların sayı: 11092