Amerikan “Cokeri”. Ronald Reyqan dünya kommunizmini necə məhv etdi? (2-ci hissə)
11 avqust 1984-cü il tarixində ABŞ prezidentinin Amerika xalqına ənənəvi şənbə günü radio müraciəti olmalı idi. Güman edilirdi ki, bu dəfə söhbət məktəblilərə sinifdənkənar saatlara əlavə hüquqların verilməsindən gedəcək.
İdman şərhçisi
O, 1911-ci il fevralın 6-da İllinoysda doğulmuşdu. Atası, ticarətçi olan Cek Reyqan körpəni görəndə demişdi: “O, kiçik gombul-hollanda bənzəyir, amma, kim bilir, bəlkə də böyüdükdə prezident olacaq”. Yeri gəlmişkən, bu Reyqanın özü ilə bağlı qoşduğu əfsanələrdən biri də ola bilər, axı, belə əfsanələr yaratmağı o, çox xoşlayırdı.
Gənclik çağlarında Reyqan futbol oynayırdı və Rok-river çayı kənarındakı Loell-Parkda xilasedici kimi çalışırdı. Reyqan bir neçə il ərzində 77 nəfər insanın həyatını xilas etdiyini söyləyərdi. Əgər, söylədiyi həqiqətdirsə, onda bu onun bütün həyatı boyu ən layiqli fəaliyyət olub.
Məktəbi bitirdikdən sonra o, kollecə daxil oldu. Həmin kollecdə Reyqan, onu daha çox özünə çəkən iqtisadiyyatı və sosiologiyanı öyrənirdi. Tələbəlik illərində Ronald birinci olmağı sevirdi, digərləri də onun ardınca gedirdilər. Bir dəfə Reyqan hətta öz fakultəsini üsyana belə qaldıra bilmişdi. Həmin məqamda kollecin rəhbəri hətta sözügedən fakultəni ləğv etmək fikrinə düşmüşdü.
O, kolleci 1932-ci ildə, ölkədə böhranın tüğyan etdiyi bir zamanda bitirmişdi və iş tapmaq olduqca çətin idi. Vəziyyəti belə görən Reyqan Ayovada radiostansiyaya diktor işinə düzəlmişdi və o, beysbol matçlarından reportajlar hazırlayırdı.
Sonralar Reyqan belə etiraf etmişdi: “Bu, ümumilikdə həyatımın ən yaxşı vaxtları idi”. Reyqanı heç kim ezamiyyəyə göndərmirdi, “birbaşa reportaj” isə səhnələşdirilirdi. Bu belə baş verirdi: matç haqqında xəbərlər teleqraf vasitəsilə göndərilirdi və Reyqan yarışın gedişatını özü səhnələşdirirdi. Səs rejissoru isə həmin vaxt topa dəyən ağacın səsini və ağzına kimi dolu stadionun hayqırtılarını imitasiya edirdi. Kommentator öz işini əla yerinə yetirirdi, bir dəfə də olsun oxşar maxinasiyalarda büdrəməmişdi.
“V” kateqoriyasından olan artist
Zamanla, Reyqan bu sahədə təcrübə yığdıqdan sonra onu real səfər matçlarına aparmağa başladılar. Lakin, bir dəfə o, beysbolçulara arxa çevirdi – Kaliforniyada “Uorner Brazers” studiyası ilə müqavilə bağlayaraq, radionu kinoya dəyişdi.
Tarix : 06.12.2021
Baxışların sayı: 11241