Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi (5-ci hissə)

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi: əsas anlayış, məqsəd və vəzifələrin mahiyyəti (5-ci hissə)

“Kadr menecmenti” kateqoriyasının tərkibinə mikroiqtisadi kateqoriya – “menecment” daxildir ki, bu da müəssisənin bazar şəraitində idarə olunması deməkdir. Müvafiq olaraq, “menecer” bazar müəssisəsinin rəhbəridir.

“İnsan resursları” iqtisadi kateqoriyasının mahiyyətini dəqiqləşdirərək qeyd edək ki, insan resursları ilə bağlı yerli və xarici tədqiqatlarda bazar iqtisadiyyatında istehsalın mühüm amili olan əmək ehtiyatları başa düşülür. Bazarda insanların təklif etdikləri əmək xidmətləri insan resursları kimi o zaman nəzərdən keçirilir ki, söhbət onların digər resurs növləri (təbii, maddi, maliyyə) ilə qarşılıqlı əlaqəsi və qarşılıqlı əvəzlənməsindən və rəqabət bazarında istehsal amillərindən istifadə olunmasından gedir.


İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi (1-ci hissə)

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi (2-ci hissə)

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi (3-cü hissə)

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi (4-cü hissə)


İnsan resursları – keyfiyyətcə, məna baxımından bir təşkilatın bütün işçilərini, işçi qüvvəsini və ya bir sənayenin, bölgənin, ərazinin, ölkənin bütövlükdə insan resurslarını xarakterizə edən bir kateqoriyadır.

Bir çox müasir alim və praktiklərin fikrincə, “personal” anlayışının müəyyən edilməsi, istehsalatda insanların qavranılmasının dəyişilməsini, işçilərə resurs, istehlak münasibətindən humanist münasibətə, personalın keyfiyyətlərinin unikallığı və imkanlarının hüdudsuzluğu üzündən təşkilatın əsas sərvəti kimi qəbul edilməsinə meyli əks etdirir.

Personalın idarə edilməsi sistemi-müəssisənin canlı əməyinin, insanların, ən mürəkkəb və perspektivli, potensial tükənməz resurslarının idarə olunması, onun fəaliyyətinin effektivliyini, rəqabət qabiliyyətini və təşkilatların dayanıqlılığını həlledici dərəcədə müəyyən edir.

Təşkilatda personalın idarə edilməsi üzrə fəaliyyətin əsas istiqamətləri kadr siyasəti əsasında həyata keçirilir ki, bu da işəgötürənin, yerləşdirmənin və personalın istifadəsinin bu və ya digər konkret metodlarından istifadə olunmasının zəruriliyini əsaslandırır, lakin, onların məzmununun müfəssəl təhlili və əməkdaşlarla praktiki işin aparılmasının spesifik xüsusiyyətləri ilə məşğul olmur.

Tarix : 22.10.2021

Baxışların sayı: 14751