Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi (4-cü hissə)

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi: əsas anlayış, məqsəd və vəzifələrin mahiyyəti  (4-ci hissə)

Təşkilatın insan resurslarının idarə edilməsi sisteminin əsas məqsədi, fikrimizcə, təşkilatın iqtisadi məqsədinin həyata keçirilməsinə kömək edən kadr potensialının formalaşdırılması və inkişaf etdirilməsidir.

Beləliklə, insan resurslarının idarə edilməsinin ən mühüm vəzifələri aşağıdakılardır:

  • onlardan səmərəli istifadə edilməsi;
  • təşkilatın özünün ehtiyaclarına, mövcud qanunvericiliyin tələblərinə, əmək bazarının vəziyyətinə uyğun olaraq personalın say tərkibi və keyfiyyət tərkibinin inkişaf etdirilməsində maksimal tarazlığın təmin edilməsi;
  • təşkilatın məqsədinə nail olmağa kömək edən personalın dəyər istiqamətlərinin təmin edilməsi;
  • vəziyyətin təhlili və qərar qəbul edilməsi üçün vaxtında və keyfiyyətli informasiya əldə etməyə imkan verən səviyyədə işçi heyəti haqqında məlumatlarla iş;
  • təşkilatın kadr xidmətləri vasitəsilə həyata keçirilən əmək nəticələrində işçilərin marağının saxlanmasına kömək edən personalın stimullaşdırılması sisteminin təşkili.

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi (1-ci hissə)

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi (2-ci hissə)

İnsan resurslarının idarə edilməsinin inkişaf tarixi (3-cü hissə)


Bazar iqtisadiyyatı şəraitində təşkilatın rəqabət qabiliyyətliliyinin, onun ayaqda qalması və tərəqqisinin əsas amili personalın keyfiyyəti və əməyə münasibəti, yəni işçilərin peşəkarlıq səviyyəsi və yaradıcılığı olur.

Savadlı peşəkar, yaradıcı şəxsiyyət, bir qayda olaraq, özünüqiymətləndirmənin yüksək səviyyəsinə malik olur, rəhbərlərdən özünə hörmətlə yanaşmağı tələb edir, ayrı-seçkiliyə yol vermir, özünü rəhbəliklə “bərabər” səviyyədə hiss edir. İnsanların özünəməxsusluğunu nəzərə almadan, onlara yalnız rəhbərliyin iradəsinin icraçıları kimi yanaşmaqla, həmin işçiləri artıq köhnə metodlarla idarə etmək mümkün deyil.

Rəhbərlər qarşısında bir sıra problemlər yaranır, məhz, bunlar: birincisi, işçilərdə peşəkarlığın və intellektin inkişaf səviyyəsi çox vaxt rəhbərlikdən yüksək olur; ikincisi, yüksək ixtisaslı mütəxəssislərə malik olmaq, hələ hər şey demək deyil, çünki müvafiq motivasiya üçün vasitələrə də malik olmaq lazımdır. Buna görə də hazırda insan resurslarının idarə olunması tələbləri əhəmiyyətli dərəcədə artıb.

İnsan resurslarının idarə edilməsində “insan resurslarının idarə edilməsi”, “kadrların idarə edilməsi”, “kadr menecmenti”, “kollektivin idarə edilməsi” və s. bu kimi bir sıra kateqoriyalardan istifadə olunur.

“Kadr menecmenti” anlayışı bir sıra digər qohumluq kateqoriyaları ilə, ilk növbədə “idarəetmə” anlayışı ilə sıx bağlıdır, çox vaxt onlar sinonim kimi işlədilir. Lakin, “idarəetmə” müəyyən məqsədlərə uyğun olaraq sistemin tənzimlənməsini əks etdirir və məzmunca daha genişdir: bura təkcə insanlar üzərində rəhbərliyi deyil, həm də maliyyə, maddi-texniki və digər resursların idarə edilməsi daxildir.
 

Tarix : 21.10.2021

Baxışların sayı: 15248