Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əzablı yollarla biznesə doğru (4-cü hissə)

McDonalds-da stajçı, maşınları park edən, haker, kardioloji reanimasiyada sanitar və makaron fabrikində fəhlə və s.

Forbes siyahısından olan şəxslərin uğura doğru yolu müxtəlif olub: bəziləri mağazalarda təmizlik işində çalışıblar, digərləri şam ağacları yetişdiriblər və ya ayda 12 dollara ingilis dili müəllimi işləyiblər.        

Dmitriy Rıbolovlev – sanitar

“Uralkaliya” şirkətinin sabiq sahibi və “Monako” futbol klubunun əsas sahibi Dmitriy Rıbolovlev həkim ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra, gələcək milyarder sənədlərini Perm tibb institutuna təqdim etmiş və ilk cəhddən qəbul olunmuşdu. Artıq ikinci kursdan başlayaraq o, həm təhsil almış və eyni zamanda işləməyə başlamışdı. Mühazirələrdən sonra o, şəhər xəstəxanasının kardiologiya şöbəsində sanitar vəzifəsində çalışmış, sonra isə tibb qardaşı vəzifəsinə keçirilmişdi. 6,7 milyard dollarlıq sərvətin hazırkı sahibi institutu qırmızı diplomla bitirib, lakin o, kardioloji reanimasiya şöbəsində həkim kimi elə də çox işləməyib. Ötən əsrin 90-cı illərində Dmitriy Rıbolovlev biznes işinə başlayır. Qeyd etmək lazımdır ki, onun ilk şirkəti tibb profilli idi. O, atası ilə birlikdə “Maqnetiks” şirkətini təsis etmişdi. “Atam maqnitoterapiya adlanan yeni bir müalicə metodunu – maqnit sahəsi ilə müəyyən nöqtələrə təsir etməyi işləyib-hazırlamışdı. Bu onun doktorluq dissertasiyasının mövzusu idi. Və bunun böyük sənaye müəssisələrində çox populyar bir metodika olması ortaya çıxdı, biz əməkdaşların müalicəsi üçün müqavilələr bağlamağa başladıq”, - “Vedomosti” nəşrinə verdiyi müsahibədə milyarder belə demişdi.  


Əzablı yollarla biznesə doğru (1-ci hissə)

Əzablı yollarla biznesə doğru (2-ci hissə)

Əzablı yollarla biznesə doğru (3-cü hissə)


Oleq Tinkov – elektrik çilingəri və alverçi

“Tinkoff Bank”ın təsisçisi və 8,8 milyardlıq sərvət sahibi Oleq Tinkov Leninsk-Kuznetski şəhərində anadan olub. Sahibkarın uşaqlığı barakda keçmiş, suyu isə onlar əllərində vedrə ilə çox uzaqdan daşımışlar. Tinkov avtobioqrafik kitabında yazırdı ki, “şaxtaçılar və keçmiş məhbuslar, sərxoşlar arasında yaşayırdım. Onlardan sonra idman kostyumlarında olan leninqradlı quldurlar mənə karikatura personajlarını xatırladırdı, onlar sadəcə gülüş doğururdular”.

Özünün ilk 50 rublunu Oleq Tinkov altıncı sinifdə oxuyarkən, çalışdığı mebel fabrikində qazanmışdı. “Bundan əlavə, biz nədənsə mineral sular buraxan makaron fabrikində də işləmişdik. 12 butulka su üçün nəzərdə tutulan yeşiklər daim sınıb-tökülürdü, biz isə onları təmir edirdik. Buna görə bizə 50 rubl əlavə pul verirdilər”, - biznesmen öz xatirlərində yazırdı.

18 yaşında Tinkov mədəndə elektrik avadanlıqlarının təmiri emalatxanasında elektrik montyorunun şagirdi kimi işə başlayıb. Onun iş növbəsi səhər saat 7-dən gündüz 3-ə kimi çəkirdi, bundan sonra gələcək milyarder velosiped idmanı üzrə məşqlərə gedirdi. Oleq Tinkovun ilk biznes işi məhz, onunla əlaqəli idi. Leninabadda keçirilən təlim-məşq toplanışı zamanı o, hər biri 50 rubldan dörd ədəd Montana cins şalvarı satın alır və yaşadığı şəhərdə həmin malın hər birini 200 rubldan satır. “Beləcə işlərim alındı: pul əldə edirdim, toplanışlara yola düşürdüm və geriyə malla dönürdüm. İki il beləcə keçdi. Sonralar isə artıq mağazaya deyil, birbaşa anbara gəlir və cins şalvarları qutu ilə birlikdə alırdıq. O zaman SƏDM əməkdaşları alverçiləri gözüm-çıxdıya salırdılar, idmançılara isə bir qayda olaraq, toxunmurdular: bizim böyük baqajımız onlarda şübhə oyatmırdı, axı, yarışlara formamız və velosipedlərimizlə birlikdə uçurduq”, - Tinkov öz memuarlarında belə xatırlayır.  

Tarix : 21.01.2022

Baxışların sayı: 7026