Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əzablı yollarla biznesə doğru (2-ci hissə)

McDonalds-da stajçı, maşınları park edən, haker, kardioloji reanimasiyada sanitar və makaron fabrikində fəhlə və s.

Forbes siyahısından olan şəxslərin uğura doğru yolu müxtəlif olub: bəziləri mağazalarda təmizlik işində çalışıblar, digərləri şam ağacları yetişdiriblər və ya ayda 12 dollara ingilis dili müəllimi işləyiblər.        

Maykl Blumberq – avtomobilləri park edən

Bloomberg informasiya agentliyinin təsisçisi və Nyu-York şəhərinin sabiq meri Maykl Blumberq bu gün dünyanın ən zəngin adamlarının siyahısında öz xüsusi yeri olan şəxslərdən biridir. Onun sərvəti 59 milyard dollar təşkil edir. O, bu böyüklükdə sərvəti sıfırdan toplamağa nail olmuşdu. Blumberq heç də varlı ailədən çıxmamışdı. Onun atası mühasib, anası isə katibə işləyib. Məktəbi bitirdikdən sonra Maykl Blumberq 1960-cı ildə Con Hopkins universitetinə daxil olur və burada mühəndislik ixtisasını seçir. Gənc təqaüd ala bilməmiş və təhsil haqqını ödəməyə məcbur qalmışdı. Bu səbəbdən Blumberq universitet klubunda avtomobilləri park edən qismində işə düzəlmişdi. Gələcək milyarder bu klubun üzvü və hətta həmin klubun sədri olması faktından heç vaxt utanıb-çəkinməmişdi. 


 Əzablı yollarla biznesə doğru (1-ci hissə)


Riçard Brenson – jurnal naşiri

Sahibkarlıq niyyəti Virgin şirkətinin təsisçisi Riçard Brensonda erkən uşaqlıq çağından baş qaldırmışdı. Oğlan bizneslə məşğul olmaq qərarına gələndə hələ 10 yaşında deyildi. O, yeni il şənlikləri ərəfəsində satmaqdan ötrü dostu ilə birlikdə şam ağacları əkmişdi. Düzdür, həmin vaxt onun biznesi baş tutmamışdı, çünki əkdikləri ağac toxumlarını dovşanlar yemişdi. 16 yaşında, məktəbi bitirdikdən dərhal sonra Brenson özünə məxsus olan “Student” jurnalını buraxmağa başlamışdı. Nəşrin redaksiyası gələcək milyarderin birbaşa otağında yerləşməsinə baxmayaraq, o, qarşısına qlobal bir tapşırıq qoymuşdu – jurnalın müəyyən səhifələrində məşhur britaniyalıların fikirlərindən ibarət sütunların dərci. Brenson həmin şəxslərlə əlaqə qurmaq üçün onların ünvanlarını kataloqdan götürmüşdü və həmin şəxslərə gənclərin problemlərini şərh etməklə bağlı xahiş məktubu ünvanlamışdı. Nəticədə “Student” jurnalında Con le Karre, Mik Caqqer və Con Lennon kimi məşhurların məqalələri çap olunmuşdu. Jurnal cəmi iki il mövcud olmuşdu, bundan sonra buraxılışı üçün vəsait çatışmadığından və reklamlar verilmədiyindən, onu bağlamağa məcbur olmuşdu.      

Yan Kum - ərzaq mağazasında xidmətçi və haker

Uşaqlığı işıqsız və isti susuz evdə keçən Ukraynada doğulan Yan Kumun sərvəti bu gün 10,6 milyard dollar təşkil edir. 90-cı illərin əvvəllərində isə, o vaxt 16 yaşında olan yeniyetmə anası ilə birlikdə ABŞ-a mühacirət edəndə, ailə köçdükləri ölkədə çox çətinliklə dolana bilirdi. WhatsApp messencerinin gələcək təsisçisi səhərlər məktəbə gedir, bundan sonra isə ərzaq mağazasına gələrək xidmətçi kimi çalışır, döşəmələri yuyurdu. 19 yaşına kimi Kumun şəxsi kompüteri olmamışdı. Bununla yanaşı o, kitab mağazasından xahiş edərək oxumağa aldığı proqramlaşdırma üzrə dərslikləri öyrənirdi və sonra kitabları geri qaytarırdı. Elə həmin dövrdə Kum w00w00 haker qrupuna qoşulmuşdu və hətta Silicon Graphics şirkətinin serverlərini sındırmışdı. 2000-2007-ci illərdə Yan Kum Yahoo şirkətində işləyib, 2009-cu ildə isə o, bu gün Facebook şirkətinə məxsus olan WhatsApp meccencerini (2014-cü ildə Facebook şirkəti tərəfindən 19 milyard dollara satın alınıb) işə salıb. Hələ 2016-cı ilin əvvəlində WhatsApp meccencerində istifadə edənlərin sayı bir milyard insana çatmışdı.

Tarix : 18.01.2022

Baxışların sayı: 7397