Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Əzablı yollarla biznesə doğru (1-ci hissə)

Əzablı yollarla biznesə doğru: varlanmadan əvvəl milyarderlər harada işləyiblər? (1-ci hissə)

McDonalds-da stajçı, maşınları park edən, haker, kardioloji reanimasiyada sanitar və makaron fabrikində fəhlə və s.

Forbes siyahısından olan şəxslərin uğura doğru yolları müxtəlif olub: bəziləri mağazalarda təmizlik işində çalışıblar, digərləri şam ağacları yetişdiriblər və ya ayda 12 dollara ingilis dili müəllimi işləyiblər.  

Ceff Bezos - McDonald’s-da müxtəlif işləri yetinə yetirən fəhlə

Bu gün 57 yaşlı Amazon internet-şirkətinin təsisçisi və rəhbəri Ceff Bezosun sərvəti 196,5 milyard dollar təşkil edir. Lakin, gənclik illərində dünyanın ən zəngin adamlarından biri McDonald's fast-food şəbəkəsində çalışıb. Belə ki, 16 yaşında yay tətili zamanı o, kubalı mühacir olan atalığı Mayk Bezosun çalışdığı McDonald’s restoran şəbəkəsinə fəhlə kimi işə düzəlmişdi. Xeyli vaxt keçdikdən, artıq böyük bir sərvətə malik olduqdan sonra, sahibkar o zamanlarda əldə etdiyi təcrübə haqqında müsahibələrində söz açmaqdan çəkinməmişdi. Həmin restoranda yenicə işə başlayan gələcək milyarder döşəməyə dağılan ketçup ləkələrini təmizləmiş və gün ərzində bişirməkdən ötrü bir neçə yüz yumurta qırmışdı. “Hər bir sahədə məsuliyyətli olmağı öyrənmək mümkündür. Və bu məktəbdə öyrəndiklərinizdən fərqli bir şeydir. McDonald’s-da qazanılan təcrübəni dəyərləndirməmək mümkün deyil”, - “Golden Opportunity: Remarkable Careers That Began at McDonald’s (Qızıl fürsət: McDonald's-da başlayan əlamətdar karyeralar)” kitabında müəllif Kodi Tits Bezosdan sitat gətirib. 


Əzablı yollarla biznesə doğru (2-ci hissə)

Əzablı yollarla biznesə doğru (3-cü hissə)

Əzablı yollarla biznesə doğru (4-cü hissə)


Cek Ma - ingilis dili müəllimi

Çinin ən zəngin adamlarından biri - Alibaba Group internet-riteylerinin qurucusu - gənclik illərində ingilis dili müəllimi işləyib. Bir neçə on milyard dollar sərvət sahibi olan Cek Ma Xançjou şəhərində musiqiçilər aiəsində doğulmuşdu. İngilis dilini o, erkən uşaqlıq dövründə öyrənməyə başlamışdı və danışıq dilini yaxşılaşdırmaq üçün, velosipedlə evinin yaxınlığında yerləşən otellərə baş çəkərək, əcnəbilərlə ünsiyyət qurmuş və onlar üçün pulsuz ekskursiyalar təşkil etmişdi. Məktəbi bitirdikdən sonra Pedoqoji instituta daxil olmuş, 1988-ci ildə orada təhsilini başa vurmuş və elə həmin institutda işləməyə başlamışdı. Gələcək milyarder ingilis dilini tədris etmiş və buna görə ayda 12 dollar maaş almışdı. Yeddi il sonra o, ticarət nümayəndəliyinin tərkibində tərcüməçi kimi ABŞ-ya ilk səfərini edərkən, ingilis dili onun köməyinə çatmışdı. Sietldə olarkən, tanışlarından biri ona həmin vaxta kimi heç vaxt görmədiyi kompüteri ona göstərmiş və internet şəbəkəsi barədə onu məlumatlandırmışdı. Çinə qayıtdıqdan sonra Alibaba Group şirkətinin gələcək qurucusu, öz işinə başlamaq üçün ilkin kapital toplamış və özünün ilk internet-şəbəkəsini yaratmışdı.

 

Tarix : 14.01.2022

Baxışların sayı: 7661