McDonalds-da stajçı, maşınları park edən, haker, kardioloji reanimasiyada sanitar və makaron fabrikində fəhlə və s.
Forbes siyahısından olan şəxslərin uğura doğru yolu müxtəlif olub: bəziləri mağazalarda təmizlik işində çalışıblar, digərləri şam ağacları yetişdiriblər və ya ayda 12 dollara ingilis dili müəllimi işləyiblər.
Uorren Baffet – saqqız satıcısı və qəzet paylayan
Dünyanın ən məşhur investorlarından biri və 104,9 milyard dollarlıq sərvətin sahibi Uorren Baffet, siyasətçi və sahibkar Hovard Baffetin təminatlı ailəsində anadan olub. Lakin, buna baxmayaraq, gələcək milyarder pul qazanmaq cəhdlərinə hələ gənc yaşlarından başlamışdı. Kiçik-Baffet hələ 10 yaşı olmadığı vaxtlarda öz babasının dükanından saqqız və koka-kola alır və onları qonşularına artıq qiymətə satırdı. Bir qədər sonra o, qəzet paylamaqla məşğul olub, 11 yaşında ilk dəfə birjada oynamağa cəhd edib, 13 yaşında isə özünün ilk gəlir bəyannaməsini verib. Bundan iki il sonra Baffet yeni biznes növünü düşünüb tapıb. Dostu ilə birlikdə 25 dollara pinboll oyun avtomatını ikinci əldən satın alıb və həmin oyun avtomatını bərbərxanada icarəyə verib. Bir neçə aydan sonra bu gənc sahibkarların mülkiyyətində artıq bir neçə belə oyun avtomatları var idi. Bir qədər keçdikdən sonra onlar həmin oyun avtomatlarını 1200 dollara müharibə veteranlarına satmışdılar.
Əzablı yollarla biznesə doğru (1-ci hissə)
Fil Nayt – jurnalist və mühasib
2016-cı ilin iyun ayında Nike şirkəti, 78 yaşlı qurucusu Fil Naytın idarə heyətinin sədri vəzifəsindən istefaya getdiyini elan etdi. Yarım əsrdən çox əvvəl, 1964-cü ildə qaçış üzrə məşqçi olan Bill Bouerman ilə birlikdə yeddi il sonra Nike-a çevrilən Blue Ribbon Sports şirkətini quran məhz, Nayt olmuşdu. Fil Nayt ABŞ-da idman ayaqqabısı tədarük etmək ideyasına Yaponiyada Tiger idman ayaqqabılarının istehsal olunduğu Onitsuka fabrikini ziyarət etdikdən sonra gəlmişdi. İlk idman ayaqqabısı modelini isə Nike şirkəti 1971-ci ildə istehsal etmişdi.
Hələ öz biznesi ilə məşğul olmazdan əvvəl, Fil Nayt Oregon universitetində jurnalistika fakültəsini bitirmiş və Stenford biznes məktəbində iqtisadi təhsil almışdı. 62,7 milyard dollarlıq bir sərvətə sahib olan Fil Nayt gənclik illərində The Oregonian qəzetində idman xəbərləri şöbəsində işləməyə başlamışdı. Gecə növbəsində Nayt yarışların nəticələri ilə bağlı cədvəlləri hazırlayırdı, bundan sonra səhər o, piyada evə qədər bir neçə mil yol gedirdi. 60-cı illərin ortalarında isə o, artıq qaçış yollarının tam kənarında öz avtomobilinin baqajından yapon idman ayaqqabılarının satışı ilə məşğul olur, eyni zamanda Portlend firmalarından birində mühasib işləyirdi.
Tarix : 19.01.2022
Baxışların sayı: 7258