Kibrit vergisi
Rusiyada kibritlərə aksiz vergisi bir neçə dəfə həyata keçirilib. Hər 1000 ədəd yandırıcı kibrit üçün 1 rubl dəyərində ilkin vergi 1849-cu ildə tətbiq edilmişdi. Kibrit istehsalına yalnız Sankt-Peterburq və Moskvada icazə verilirdi və yığımlar şəhər büdcəsinə daxil olurdu. 1859-cu ildə kibrit istehsalına hər yerdə icazə verildi və aksiz vergisi də ləğv edildi.
Hökumət 1888-ci ildə aksiz vergisini yenidən tətbiq etdi. Vergi qutunun ölçüsündən asıl olaraq müəyyən edilirdi. 75 ədəd kibrit qutusu olan bağlamadan ¼ qəpik, 75 ədəddən 150 ədəd qutuya görə ½ qəpik, 150 ədəddən 225 ədəd qutuya görə ¾ qəpik, 225 qutudan 300 qutuya kimi 1 qəpik vergi tutulurdu. Xaricdən gətirilən kibrit qutuları isə ikiqat vergiyə cəlb olunurdu.
Kibrit aksizininin tətbiqinin ilk ilində ölkə büdcəsi 2,71 milyon rubl (2021-ci il qiyməti ilə 17,8 milyard rubl), 1901-ci ildə isə artıq 7,929 milyon rubl (2021-ci il qiyməti ilə 43,54 milyard rubl) əldə etmişdi.
1914-cü ildə Rusiya istehsalı olan kibritlər üçün vergi iki dəfə, xaricdən idxal olunanlar üçün isə 50% artırıldı. Aksiz vergisini hərbi kommunizm dövründə sovet hökuməti tərəfindən ləğv edildi, lakin 1921-ci ildə həmin ödəniş yenidən geri qaytarıldı. 1924-cü ildə onun tarifi 75 kibrit qutusuna 0,6 qəpik müəyyən edilmişdi.
Velosiped vergisi
XIX əsrin əvvəllərində ilk velosipedlər ortaya çıxdı və əsrin sonuna qədər demək olar ki, müasir bir görünüş əldə etdi. XIX-XX əsrlərin əvvəllərində bu nəqliyyat Rusiyada çox populyar idi. 1883-cü ildə Rusiyada ilk velosiped yarışları Moskvada keçirilmişdi. Tezliklə, ikitəkərli nəqliyyat vasitəsi əyalət şəhərlərinə gedib çıxdı.
O vaxtlar velosiped sürməyi dövlət səviyyəsində tənzimləmirdilər, hər bir şəhər öz qaydalarını tətbiq edirdi. 1903-cü ildə II Nikolay şəhər şuralarına nömrə nişanlarının verilməsi üçün rüsumlar daxil olmaqla velosipedlərə vergi tətbiq etməyə icazə verdi (bir çox şəhərlərdə bu vergi sözügedən qərar qəbul edilənə qədər də tətbiq olunmuşdu). Eyni zamanda, rüsumun məbləği 1 rubl 50 qəpikdən çox olmamalı idi.
XX əsrin əvvəllərində Simbirskdə (indiki Ulyanovsk) şəhər idarəsi “velosiped və avtomatik ekipajları şəhərdə sürmək üçün məcburi qərar” və “Simbirsk şəhərinin xeyrinə velosiped və avtomatik ekipajlardan yığım qaydaları”nı qəbul etmişdir.
Qaydalara görə, nəqliyyat vasitəsi sahiblərindən velosiped üçün müntəzəm ödəniş – il ərzində 1 rubl tələb olunurdu (bu pula 1 kq yağ və ya bütöv bir qaz ala bilərdiniz). Ödəniş aprel ayında həyata keçirilirdi. Velosiped iyulun 1-dən sonra alındıqda, sahibi birinci il üçün məbləğin yarısını ödəməli idi. Dövlət qurumlarına məxsus avtonəqliyyat vasitələri ödənişdən azad edilib.
SSRİ
Subaylığa (uşaq olmamasına) görə vergi
SSRİ-də ən məşhur vergi subaylıq vergisi sayılırdı. Sözügedən vergi 1941-ci ildə tətbiq olunmuşdu. Həmin verginin tətbiq olunmasının rəsmi səbəbi çoxuşaqlı analara kömək üçün əlavə vəsaitin cəlb edilməsi olub.
Uşağı olmayan 20 yaşından - 50 yaşına kimi kişilər və 20 yaşından - 45 yaşına kimi uşaqsız qadınlar öz maaşlarının 5 faizini dövlət xəzinəsinə köçürməli idilər. Kolxozçular və kəndli təsərrüfatı vahidlərindən il ərzində 100 rubl (orta gəliri ayda 220 rubl olanlar) subaylıq vergisi tutulurdu. Hərbi qulluqçular və onların arvadları, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri - yaşı 25-dən az olan kişilər və 23 yaşınadək qadınlar, pensiyaçılar, habelə sağlamlığı doğuşuna əks göstəriş olan şəxslər, onların həyat yoldaşları ödənişlərdən azad edilirdilər.
1944-cü ildə vergi dərəcəsi 6%-ə, kənd sakinləri üçün isə ildə 150 rubla qaldırılmışdı. Ayda 91 rubldan az əməkhaqqı alanlar daha aşağı dərəcə ilə təmin edilmişdilər. Aylıq maaşı 70 rubldan az olanlardan bu vergi tutulmurdu. Uşaq doğulduqdan və ya qəyyumluğa övlad götürüldükdən sonra subaylıq vergisinin ödənişi dayandırılırdı. Və əgər ailədə olan tək uşaq vəfat edərdisə, sözügedən vergi dövlətə yenidən ödənilirdi.
Vergilərin böyük hissəsi ittifaq və respublika büdcələrinə (65–85%) daxil olurdu, yerli büdcələrə – cəmi 15–35%-ə düşürdü.
SSRİ büdcəsi subaylığa görə vergidən nə qədər vəsait əldə edirdi:
1950-ci ildə 7,4 milyard rubl (ümumbüdcə gəlirlərinin 1,8%),
1955-ci ildə 8,4 milyard rubl (1,5%),
1960-ci ildə 5,6 млрд рублей (0,7%),
1965-ci ildə (1961-ci il pul islahatından sonra) — 568,3 milyon rubl (0,6%),
1970-ci ildə 803,2 milyon rubl (0,5%),
1975-ci ildə 1,1 milyard rubl, (0,5%),
1980-ci ildə 1,3 milyard rubl (0,4%),
1985-ci ildə 1,5 milyard rubl (0,4%).
Vergi 1992-ci il yanvar ayının 1-də ləğv edildi.
Hərbi vergi
Hərbi vergi İkinci dünya müharibəsi illərində dövlət xərclərinin maliyyələşdirilməsinə əlavə vəsait cəlb etmək məqsədilə 1942-ci il yanvarın 1-dən tətbiq edilmişdi.
Həmin vergi hərbi qulluqçular, onların ailə üzvləri, əlillər, əlavə qazancı olmayan pensiyaçılar (60 yaşından yuxarı kişilər, 55 yaşına çatmış qadınlar) və müstəqil gəlir mənbələri olmayan vətəndaşlar istisna olmaqla, 18 yaşına çatmış bütün SSRİ vətəndaşları tərəfindən ödənilirdi.
Hərbi vergi tarifləri ödəyicinin gəlirlərindən asılı idi. Fəhlələr, qulluqçular və onlara bərabər tutulan kateqoriyalar üzrə illik gəlirin 6,7% - dən 11,25% -qədər vergi ödənilirdi, kolxozçular il ərzində 150-600 rubl, sərbəst gəlirləri olmayan vətəndaşlar isə il ərzində 100 rubl vergi ödəməli idilər.
Müharibə illərində 72,1 milyard rubldan çox vəsait (2021-ci il qiyməti ilə 14,493 trilyon rubl) toplanmışdı. 1945-ci il iyulun 6-da SSRİ Ali sovetinin rəyasət heyəti hərbi vergini ləğv etdi.
Tamaşalardan tutulan vergi
İctimai tamaşalar və əyləncələrə görə vergi 1918-ci ildə RSFSR Xalq dövlət xeyriyyə komissarlığının məktubu ilə tətbiq edilmişdi. Həmin vergi teatrlar, kinoteatrlar, sirklər və digər əyləncə müəssisələrini ziyarət edərkən ödənilirdi. Vergi 10 qəpikdən biletin 1/3 hissəsinə qədər (biletlərin qiyməti 50 qəpikdən 10 rubla kimi və daha yuxarı idi) təşkil edirdi.
1942-ci ildən müəssisə və təşkilatlar ödənişli kino tamaşalarından, sirk tamaşalarından və idman yarışlarından əldə edilən ümumi gəlirin faiz dərəcəsi ilə (5%-dən 55%-ə qədər) dərəcələrlə tamaşalara görə vergi verməyə başladılar.
1975-ci ildə filmlərin nümayişindən əldə olunan gəlir vergisi ümumi gəlirin 55%-i həcmində saxlanılmaqla, rüsum ləğv edildi.
Tarix : 08.02.2022
Baxışların sayı: 5958