Bu gün biz Sizinlə birlikdə hökumətlərin dünyada ən yüksək vergilər təyin etdiyi ölkələri nəzərdən keçirəcəyik. Vergilərinizi azaltmaq istəyirsinizsə, aşağıdakı ölkələrdən mütləq yayınmalısınız:
10. Böyük Britaniya
Gəlir vergisinin ən yüksək dərəcəsi: 45%
2010-cu ildə Böyük Britaniyada gəlir vergisi 10% qaldırılmışdı ki, nəticədə ölkədə bu vergi dərəcəsi 50% təşkil edirdi. Lakin, 2013-cü ilin aprel ayında həmin vergi faizi azaldıldı və hazırda gəlir vergisi 45% təşkil edir. Sosial vergi isə 13,8% təşkil edir.
9. İrlandiya
Gəlir vergisinin ən yüksək dərəcəsi: 48%
Bu gün üçün İrlandiyada fərdi gəlir vergisi dərəcəsi bütün Şimali Avropadakı orta dərəcədən (40%) yüksəkdir. İrlandiyalılar əlavə olaraq, 4% sosial vergi ödəməlidirlər. Kapital artımı üzrə vergi də artıb, indi bu, vərəsəlik və ya bağışlama üçün 30% təşkil edir, əvvəllər bu vergi 25% təşkil edirdi.
8. Finlandiya
Gəlir vergisinin ən yüksək dərəcəsi: 49.2%
2004-cü ildə gəlir vergisinin dərəcəsi 53,5% - dən 49.2%-ə qədər azaldılıb. Bununla belə, hökumət bunu elə belə saxlaya bilməzdi və həmin azalma əmlak, bağışlama və kapital artımına görə vergilərin artırılması ilə kompensasiya edildi. Finlandiyada həmçinin fin kilsəsinə vergi tələbi də mövcuddur və əgər Siz kilsə ziyarətçisinizsə, onda 1%-2% həcmində vergi ödəməlisiniz.
7. Yaponiya
Ən yüksək gəlir vergisi dərəcəsi: 50%
Yaponiya Asiyadan bu top-onluğa düşən yeganə ölkədir. Asiyada gəlir vergisinin orta dərəcəsi 23 faizdir, Yaponiyada isə bu vergi dərəcəsi 50 faiz təşkil edir. Bu ölkədə il ərzində orta gəlir 53 200 ABŞ dollardır.
6. Avstriya
Gəlir vergisinin ən yüksək dərəcəsi: 50%
Yüksək gəlir vergisindən əlavə, Avstriyada sosial sığorta vergisi tibbi sığorta üzrə 7,65%, pensiya sığortası üzrə 22,8% və əlavə olaraq, özünüməşğulluq sığortası üçün 1,53% təşkil edir. Kapital artımına görə vergi isə gəlir vergisi kimi 50% təşkil edir.
5. Belçika
Ən yüksək vergi dərəcəsi: 50%
Sosial vergi 13,07%, bələdiyyə vergisi 11% və kapital artımına görə vergi 33%-dir. Bu ölkədə orta illik gəlirlər 45 037 dollar təşkil edir.
4. Niderland
Ən yüksək gəlir vergisi dərəcəsi: 52%
Niderland hökuməti öz sakinlərindən kapital artıına görə 25%, torpaq satışı zamanı 6%, eləcə də mirasa görə 40% vergi tutur. Buna baxmayaraq, müasir niderlandlılar bir qədər rahat nəfəs ala bilirlər, belə ki, kapital artımına görə bundan əvvəlki vergi 72 faiz təşkil edirdi. Ölkədə illik orta əməkhaqqı 57 000 dollardır.
Tarix : 04.02.2022
Baxışların sayı: 6274