Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

2022-ci ildə diqqət yetirilməli olan mühasibat uçotu istiqamətləri

Gəlin, 2022-ci ildə mühasibat sahəsində nələrin və necə ajiotaj yarada biləcəyinə göz yetirək.

Texnologiyalar və insanlar

2022-ci il üçün mühasibat uçotu tendensiyalarını tədqiq edərkən aşkar etdik ki, bu iki mövzu cari ildə mühasibat sahəsinə təsir edəcək tendensiyaları vurğulayır.

Biz həmçinin ona da diqqət etdik ki, son bir neçə il ərzində müasir dövrlə ayaqlaşan bir neçə şey, 2022-ci ildə yenidən trenddə olacaq. Onlara avtomatlaşdırma, bulud uçotu və sosial şəbəkələr aiddir. Bu mərhələdə biz tendensiyaları deyil, mühasibat sahəsində bu əsas elemetləri nəzərdən keçiririk və bu məqalədə diqqətimizi mühasiblərin 2022-ci ildə necə, nə vaxt və harada fəaliyyət göstərməsinə təsir edəcək yeniliklər və inkişaflara yönəldəcəyik.


Aristotel, fəlsəfə, mühasibat uçotu və müasirliyimiz (2-ci hissə)


Mühasiblər mühasibat uçotundakı tendensiyaları nə üçün diqqətdən qaçırmamalıdırlar?

Biz hesab edirik ki, bu sahədəki tendensiyalara diqqət yetirən mühasibat firmalarının sahibləri öz bizneslərini uğur qazanmaq üçün istiqamətləndirirlər.

Onlar bu məlumatdan öz strategiyalarını dəqiq tənzimləmək və bizneslərini inkişaf etdirmək üçün istifadə edə bilərlər. Məsələn, tendensiyaları nəzərə almayan firmalar, səmərəliliyi artıra biləcək texnoloji irəliləyişlərə gəldikdə, geridə qala bilərlər.

Başqa sözlə, sözügedən sahədəki tendensiyaları izləmək mühasibat firması sahiblərinə rəqabətdə qalmağa imkan verə bilər. İndi isə 2022-ci il üçün mühasibat uçotu tendensiyalarına baxaq.

Blokçeyn nədir? “Öz mahiyyətinə görə blokçeyn – istənilən növdən olan məlumatların saxlanıldığı paylanmış rəqəmsal kitabdır”, - Forbes Advisor bildirir. Bu texnologiya təşkilatlara aktivlərini nəzərdən keçirmək imkanı verir. Bu nöqteyi-nəzərdən onlar aktivlərini hara yerləşdirmək və əməliyyat xərclərini necə azaltmaq kimi qərarlar qəbul edə bilərlər. Burada mühasiblərin hansı rolu oynayacağını anlamağa başlaya bilərsiniz. Onlar büdcələri işləyib hazırlamaq və ya inkişaf etdirmək üçün blokçeynin təmin etdiyi məlumatlardan istifadə edə bilərlər ki, bu da mənfəətin artmasına gətirib çıxarır.

Böyük məlumatlar

Böyük məlumatlar – bu, böyük və mürəkkəb məlumatlar dəstidir. Məsələn, “Google Analytics” barədə düşünün. Məlumatların analitikası daha məlumatlı və məqsədyönlü biznes qərarları qəbul etmək üçün böyük informasiyalardan əhəmiyyətli məlumatların təhlili və çıxarılmasından ibarətdir. Mühasibat firmaları isə bu tip məlumatlarla işləməyi bilən mühasiblərə üstünlük verirlər.


Mühasibat uçotu və onun inkişaf mərhələləri


“Böyük məlumatlar mühasiblərə istehlakçı davranışındakı dəyişiklikləri proqnozlaşdırmaq, saxtakarlıq əlamətlərini aşkarlamaq və iqtisadi meylləri proqnozlaşdırmaqla daha böyük mənzərəni görməyə kömək edə bilər”, - CPA Practice Advisor bildirir. “Mühasiblər bu riskləri nə qədər tez aşkar edə bilsələr, müştərilərə riski azaltmaq və məhsuldarlığı qorumaqda kömək etmək şansları bir o qədər yüksək olar”.

Əməkdaşların məmnunluğuna daha çox diqqət yetirilməsi

Nə vaxtsa öz həmkarınızla elektron poçt vasitəsilə sadəcə görüş təyin etməklə bağlı bir neçə dəfə yazışdığınız hal olubmu? Siz bunu dayandıra bilərdinzmi? Alıcının əldə etmək istədiyi bütün informasiyanı yerləşdirin.

Bu ilin “böyük istefası” (söhbət koronovirus pandemiyasından gedir) təşkilatları oturaraq, öz əməkdaşlarını lazımi şəkildə dəyərləndirməyə məcbur etdi. Təşkilatlar öz əməkdaşlarına nələri təklif edirdi? Ödəniş və güzəştlərdən tutmuş, korporativ mədəniyyətə və iş mühitinə qədər. Mühasibat uçotu firmaları da bu zaman istisna təşkil etməyib.

Əməkdaşların öz təşkilatlarından axınının qarşısını almaq üçün işəgötürənlər əməkdaşların narazılığına (və təşkilatda qalmaq istəyinə) səbəb olan məsələlərin həlli yolları da daxil olmaqla, onların məmnunluq səviyyələrini də yaxından izləyirlər.

Əməkdaşların işdən çıxmalarının qarşının alınması ilə bağlı səylərin 2022-ci ildə də davam edəcəyi gözlənilir. Bu, işə qəbul olmaq istəyən namizədlərə də bir üstünlük verir. Belə ki, namizədlər böyük ehtimalla xahiş etdikləri əksər şeyləri əldə edəcəklər.

Məsafədən iş

Namizədlərin əldə etmək istədiklərinin sırasına çevik iş qrafiki və distant iş də daxildir.

Son bir neçə il ərzində getdikcə daha çox işəgötürən və əməkdaş COVID-19 pandemiyası səbəbindən uzaqdan işləməyə alışıb. Bir çox əməkdaşlar bunun faydalarını aşkar ediblər, məsələn, gediş-gəliş zamanı vaxta və pula qənaət etmişlər.

“Accountig Today” “Arizent” ana şirkəti tərəfindən 2020-ci ildə həyata keçirilən sorğu göstərib ki, “CPA” firmalarının 85 faizi öz əməkdaşlarına hətta pandemiya başa çatdıqdan sonra da evdən çalışmaqlarına icazə verəcəklər. Müasir texnologiyalar sayəsində isə mühasiblər evlərindəki ofislərdən və ya yeməkxanadakı stol arxasından öz işlərini ofisdə olduğu kimi yaxşı yerinə yetirə bilirlər.

Mühasibat funksiyaları autsorsinqdə

Ən istedadlı mühasiblərinin cəlb edilməsi və işə götürülməsi uğrunda mübarizədə firmalar başa düşürlər ki, ixtisaslı mühasiblərin tapılması yollarından biri namizədlərin axtarış sahəsini genişləndirməkdir.

IT ilə yanaşı mühasibat uçotu da ən geniş yayılmış autsorsinq biznes-prosesidir. Mühasibat xidmətlərinin autsorsinq təchizatçıları mühasibat firmalarına lazım olan personalı işə qəbul və adaptasiya vaxtına, eləcə də qaimə xərclərinə qənaət etməklə təmin edə bilərlər.


Əzablı yollarla biznesə doğru (4-cü hissə)


Autsorsinq firmaların sahiblərinə öz offşor komandasının tələblərinə riayət etmək üzrə aşağı gəlirli işi həvalə etməyə və diqqəti biznesin inkişafı və müştərilərə birinci dərəcəli xidmətin təmin edilməsi kimi daha yüksək səviyyədə işləməyə yönəltməyə imkan verir.

Nəticə

Bu il biznes sahiblərinin və peşəkarların gözləyə biləcəyi mühasibat uçotu meylləri texnologiya və insanlar ətrafındadır.

Texnologiyaya əsaslanan tendensiyalar blokçeyn texnologiyası və böyük məlumatları əhatə edir. İnsanlara yönəlik tendensiyalar isə əməkdaşların məmnunluğuna, distant işə və mühasibat autsorsinqinə diqqət yetirir.

Mühasibat firmalarının sahibləri rəqiblərini qabaqlamaq və təcrübələrini inkişaf etdirməyə davam etmək üçün bu tendensiyaları öz bizneslərinə daxil edərək faydalana bilərlər.

Baxışların sayı: 6204