Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Qələbə mühasibi. Baş maliyyəçiyə çevrilən hesabdar (3-cü hissə)

Qələbə mühasibi. Ölkənin baş maliyyəçisinə çevrilən hesabdarın tarixçəsi (3-cü hissə)

1943-cü ildə, müharibədə qələbə qazanılacağına əminlik yarandıqdan sonra Stalin və Zveryev çox gizli şəkildə pul islahatının həyata keçirilməsi üzərində düşünməyə başlamışdılar. 1947-ci ildə həyata keçirilən islahatın məqsədi rəsmi olaraq pulların dəyişdilməsi kimi qələmə verilmişdi. Amma, əslində real məqsədlər daha dərində gizlənmişdi.

Bir tərəfdən, pulların dəyişdirilməsi ilə müharibənin gedişi zamanı qeyri-qanuni əməliyyatlar yolu ilə varlanmış alverçilərə zərbə vuruldu. Belə ki, onlar pulları nağd şəkildə saxlayırdılar, nağd pulların mübadilə məzənnəsi aşağı salınmışdı. Eyni zamanda öz pullarını əmanət kitabçalarında saxlayanlar isə əlverişli mübadilə məzənnəsi əldə etmişdilər.


Qələbə mühasibi. Baş maliyyəçiyə çevrilən hesabdar (1-ci hissə)

Qələbə mühasibi. Baş maliyyəçiyə çevrilən hesabdar (2-ci hissə)


Maliyyə Nazirliyi tərəfindən hazırlanmış plan köhnə nağd pulların yeni pul vahidinə 10:1 nisbətində dəyişdirilməsini nəzərdə tuturdu.

Əmanət kassalarındakı pullar isə başqa cür dəyişdirilirdi: 3000 rubla kimi 1:1; 3 mindən 10 min rubla kimi əmanətlərdən üçdə bir nisbətində tutulma olurdu; 10 mindən böyük əmanətlərin isə yarısı tutulurdu. Müharibə illərində buraxılan istiqrazlar yeni istiqrazlara 3:1 nisbətində, müharibədən əvvəl buraxılanlar isə 5:1 nisbətində dəyişdirilirdi.

Digər tərəfdən, islahat şişirdilmiş pul kütləsini kəskin şəkildə azaltdı və dövlət maliyyəsi üçün müharibənin nəticələrini tam şəkildə neytrallaşdırdı və ölkəyə inkişafa “təmiz vərəqdən” başlamağa imkan verdi.

İslahat ciddi məxfiliklə həyata keçirilmişdi. Guya Zveryev arvadı bu haqda təsadüfən öz rəfiqələrinə nəsə deməsin deyə, onu bir gün ərzində vanna otağına salaraq, qapını kilidləyibmiş.

İslahatla eyni vaxtda kartoçka sistemi də ləğv edilmişdi. Sovet İttifaqı İkinci dünya müharibəsinin iştirakçı ölkələrindən belə bir addımı həyata keçirə bilən ilk dövlət oldu!

Baxışların sayı: 12495