Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Qələbə mühasibi. Baş maliyyəçiyə çevrilən hesabdar (2-ci hissə)

Qələbə mühasibi. Ölkənin baş maliyyəçisinə çevrilən hesabdarın tarixçəsi (2-ci hissə)

O, maliyyə naziri olaraq qarşıda özünü həqiqətən parlaq, lakin çox çətin bir karyeranın gözlədiyini və rəhbərlik etdiyi kabinetin - 22 il ərzində, 1938-ci ildən 1960-cı illərə kimi rekord müddətdə bu vəzifəni tutacağını bilə bilərdimi? Belə ki, həmin dövrə müharibə, ölkə iqtisadiyyatının bərpa olunması və Xruşşov islahatları düşəcəkdi...

Zveryevin ilk addımı, sənaye istehsalını artırmaq üçün genişmiqyaslı xərclər səbəbiylə artan büdcə kəsirini azaltmaq oldu. Nəticədə, ölkə 1938-ci ili kəsirsiz büdcə ilə başa vurdu.

Lakin, Zveryevin əsl istedadı Böyük Vətən müharibəsi illərində özünü göstərdi.


Qələbə mühasibi. Baş maliyyəçiyə çevrilən hesabdar (1-ci hissə)


İstənilən bir müharibədə dövlətlər böyük maliyyə çətinlikləri ilə üzləşir – ordu üçün böyük miqdarda pul, hərbi ehtiyaclardan ötrü isə istehsal tapmaq lazımdır. Düşmənlər, maliyyə balansını pozmaq üçün qəsdən ölkəyə saxta pullar atırdılar. İqtisadiyyatın strukturu kəskin şəkildə dəyişirdi.

Bundan əlavə, 1941 -ci ildə Sovet İttifaqı ərazisinin 9% -ni və əhalisinin 40% -ni itirmişdi. Bütün bunlar isə itirilmiş vergilər deməkdir!

Zveryev ölkənin maliyyə balansını çox tezliklə yoluna qoya bilmişdi. Vergilər artırılmışdı, əhalidən pul toplanılması üçün dövlət istiqrazları buraxılırdı. Bütün bunlar məcburi addımlar idi, amma, ölkə iqtisadiyyatını xilas etməyə imkan verirdi.

Onu da qeyd etmək lazımdır ki, Sovet İttifaqının büdcəsi balanslaşdırılmışdı və artıq 1944-cü ildə defisitsiz büdcəyə nail olunmuşdu. Döyüşən tərəflərdən heç biri bunu edə bilməmişdi. Zveryev deyirdi: “Küləyə verilmiş istənilən bir qəpik müharibədə döyüşən hərbiçilərin məhvinə səbəb ola bilərdi” və həmin səbəbdən ölkənin maliyyə məsələlərinə olduqca həssas yanaşırdı.

Müharibə bitdikdən dərhal sonra ölkə iqtisadiyyatının genişmiqyaslı bərpası və iqtisadiyyatın sülh relsi üzərinə qoyulması prosesi başlandı. Və bu işlərdə də Zveryevin və onun nazirliyinin əvəzsiz xidmətləri var idi.

Tarix : 18.11.2021

Baxışların sayı: 12776