Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Qələbə mühasibi. Baş maliyyəçiyə çevrilən hesabdar (1-ci hissə)

Qələbə mühasibi. Ölkənin baş maliyyəçisinə çevrilən hesabdarın tarixçəsi (1-ci hissə)

1937-ci ildə səhərin erkən çağında Moskvanın Bauman rayon maliyyə şöbəsinin müdirinin kabinetində telefon zəngi səsləndi.

Ürəyində bu zəngin heç də yaxşılığa doğru bir şey olmadığını hiss edən Arseniy Zveryev telefonun dəstəyini qaldırdı.

Bütün ölkə boyunca genişmiqyaslı siyasi repressiyalar baş alıb gedirdi, özü də bu ilk növbədə partiya və hərbi kadrlara toxunurdu. Hissləri onu aldatmayıbmış – Zveryevi Kremlə, birbaşa Stalinin öz yanına çığırırdılar. Ürəyində ağır yüklə sovet dövləti rəhbərinin kabinetinin qapısından içəri daxil olan Arseniy Qriqoryeviç, oradan sovet maliyyəsinin xalq komissarı kimi çıxdı.

Yuxarıya doğru yüksək sürətli karyera qeyri-adi cəsarət tələb edirdi. Axı, Moskvanın hansısa rayonunun və bütünlükdə ölkənin maliyyə səviyyəsi ciddi şəkildə fərqlənirdi. Üstəlik, Zveryev əvvəlcə Stalinin Dövlət bankının idarə heyətinə rəhbərlik etmək təklifindən imtina etmişdi. Elə bu, öz fikirlərini müdafiə etmək üçün güzəştə getməmək və iradəyə görə, Zveryevin SSRİ-nin maliyyə naziri postunda işinin unikal xüsusiyyətləri olacaqdı. O, hətta Stalinə belə etiraz etmişdi!

Bununla yanaşı, İosif Vissarionoviçin özü rəhbər vəzifələrə insanlar axtarışında nadir istedada malik idi, Zveryevin arqumentlərinə qulaq asmağa çalışırdı və həmişə öz namizədini dəstəkləyirdi.

“Heç vaxt “xüsusi” çevikliklə fərqlənməmişəm. Ancaq, xalq komissarı olanda həyat məni bu şəxsi xüsusiyyətlərimi daha da gücləndirməyə məcbur etdi. Tamamilə aydındır ki, xidmət xətti üzrə məşğul olmağa məcbur olmuş adamlar heç də həmişə məndən məmnun olmurdular. Amma, bu şəxsi keyfiyyətlər olmadan istənilən nazir keçinə bilməzdi.

Və təkcə nazirlər deyil: dövlət vəsaitlərindən söhbət gedəndə hər bir maliyyəçi möhkəm və sərt olmalıdır”, - peşəkar kredosunu Zveryevin özü belə xarakterizə etmişdi.

Bu yaxınlarda maliyyə üzrə əvvəlki xalq komissirları Vlas Çubar “xalq düşməni və xarici kəşfiyyatların agenti” kimi həbs edilmişdi və Arseniy Zveryevin qarşısında sələfinin işlərinin təftişini aparmaq kimi olduqca mühüm vəzifə dururdu.
 

Tarix : 17.11.2021

Baxışların sayı: 13055