Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasiblik yolunda çətinliklər: onları minimallaşdımaqdan ötrü üsullar (3-cü hissə)

Mühasiblik yolunda çətinliklər: onları minimallaşdımaqdan ötrü üsullar (3-cü hissə)

Hesabat dövründə yalnız deyingən adamlarla əlaqə qurmayın, onlara çox enerji sərf edilir, sizin isə enerjiyə çox ehtiyacınız var, unutmayın ki, özünüzdə ruh yüksəkliyini qorumağa çalışmalısınız.

Özünüzü hesabatın uğurla yerinə yetiriləcəyinə motivasiya edin, bunu şüuraltı da olsa özünüzə sanki uşaqlıqda hədiyyə gözləyirmiş kimi təqdim edin. “Hansısa işi yerinə yetirəcəksiniz və buna görə sizi hədiyyə gözləyir”.

Şəxsi həyat

Dördüncü bölmə şəxsi həyatla bağlıdır. Şəxsi xoşbəxtlik səviyyəsindən asılı olmaq, bəzən peşə uğurları ilə əks asılılığa gətirib çıxarır. Mühasib işi şəxsiyyət üzərində müəyyən iz qoyur.  Dəqiqlik, diqqətlilik, sadiqlik - bunlar peşə üçün gözəl xüsusiyyətlərdir, lakin şəxsi həyatda onlar çox mane olurlar.


Mühasiblik yolunda çətinliklər: onları minimallaşdımaqdan ötrü üsullar (1-ci hissə)

Mühasiblik yolunda çətinliklər: onları minimallaşdımaqdan ötrü üsullar (2-ci hissə)


Günün çox hissəsində rəqəmlərlə işləyən bir mühasib üçün onlardan istifadə etmədən adamları mücərrəd şəkildə qiymətləndirmək bəzən çətin olur. Məsələn, insanlarla münasibətlərə şəxsi keyfiyyətlərə məhəl qoymadan, onların maddi vəziyyətindən asılı olaraq başlamaq.

Ailə həyatı quranda sanki əks vəziyyət yarana bilər. Həyat yoldaşı sizin hər şeyə nəzarət etmək və hər şeyi planlaşdırmaq istəyinizdən uzaqlaşa bilər. Təsadüflərə sərbəstlik verin.

Xoş gözlənilməzliklər üçün daim açıq olun və belədə onlar hökmən baş verəcək. Məsələn, uşaqlarınızın gözləri belə görmək istəmədikləri sıyıqdan ibarət darıxdırıcı səhər yeməyi əvəzinə, südlü kokteyl hazırlayın və çoxdan arzuladığınız konsertə getmək üçün vaxt ayırın. Bax, belə: səhər tezdən bilet alın, axşam isə konsertə gedin.

Mühasibatlıqda  peşəkar zirvələrə gedən yolda özünüzü də yaddan çıxarmayın. Özünüzü sevin, özünüzlə hesablaşın, öz daxili səsinizə qulaq asın.             
 

Tarix : 19.11.2021

Baxışların sayı: 12699