Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasiblik yolunda çətinliklər: onları minimallaşdımaqdan ötrü üsullar (2-ci hissə)

Mühasiblik yolunda çətinliklər: onları minimallaşdımaqdan ötrü üsullar (2-ci hissə)

Başqaları ilə qarşılıqlı əlaqə 

İkinci bölmə başqaları ilə qarşılıqlı əlaqə olacaqdır. İstər şirkətinizin işçiləri və ya kontragentlər olsun, hər kəslə ortaq bir dil tapmaq lazımdır.

Lakin, əgər kimsə sizə qarşı açıq şəkildə kobudluq edirsə, o zaman özünü necə saxlamalı? Əgər sussanız, sağlamlıqla bağlı problemlər yarana bilər. Bizim orqanizmimiz ünvanımıza olan ədalətsizliyə qarşı şüuraltı səviyyədə müqavimət göstərir. Və daxili diskomfort fiziki xəstəliyə qədər yüksələcək. Mühasiblər arasında ürək-damar xəstəliklərinin geniş yayılması da əbəs yerə deyilmiş. Əlbəttə, kobudluğa qarşı kobudluqla cavab vermək düzgün deyil, çünki ünsiyyətin belə bir modeli özünə çox tez yer edir və bu təkcə həmkarlarına deyil, həm də yaxınlarına da transfer oluna bilər. Bundan imtina etmək isə çox çətin olur.

Əyilmək və hamının xoşuna gəlməyə də lüzum yoxdur. Xoşa gəlməsə belə - bu normaldır.


Mühasiblik yolunda çətinliklər: onları minimallaşdımaqdan ötrü üsullar (1-ci hissə)


Özünüzü sevməli və özünüzə etibar etməlisiniz, daxili səsinizə qulaq asmalısınız. Və əgər öz “Mən”iniz daxilində münaqişə yetişirsə və söylənilənlər sizə pis təsir edirsə və buna görə əzab çəkirsinizsə, bu haqda açıq danışmaq lazımdır, hisslərinizi boğmağa ehtiyac yoxdur.  Təbii ki, bu zaman qışqırmağa lüzum yoxdur, əksinə çox sakitliklə bunu həmsöhbətinizə çatdırmalısınız. Bəli, söylədiyinizə müxtəlif reaksiyalar olacaq, lakin, onu da başa düşmək lazımdır ki, müxtəlif adamlar üçün fərqli dəlillər lazımdır.

Yerdəki məmurlarla quru dildə, əməkdaşlarla isə onların vəzifəsindən asılı olaraq onların öz dilində danışmaq lazımdır. Mühasibin iş məkanı dəqiqlik və səhihlik tələb edir, lakin, sözügedən peşə daşıyıcıları yumordan da xali deyillər.

İşin təşkili

Üçüncü bölmə işlərin təşkilidir. Bir çox mühasiblər hətta ən sadə işin öhdəsindən gələ bilmədikdə, depressiya kimi bir problemlə üzləşirlər. Hesabatlar və sənədlərin tərtibi isə depressiv ruhi vəziyyət yaradır. Belə vəziyyətdə nə etməli?

Belə vəziyyətdə ən ideal variant qısamüddətli məzuniyyətə çıxmaqdır. Bəs əgər bu mümkün deyilsə? Və hesabat dövrüdürsə, nə etməli? Şəxsiyyətinizə  qarşı zorakılıq etməyə lüzum yoxdur, ən azından fasilə götürün. Özünüzə bir neçə saat vaxt ayırın. Qoy bu manikür,  massaj və ya ürəyiniz istəyən başqa bir  şey olsun. Başlıcası, bu insanı yaxşı əhvali-ruhiyyəyə kökləsin

Tarix : 17.11.2021

Baxışların sayı: 13049