Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasiblik yolunda çətinliklər: onları minimallaşdımaqdan ötrü üsullar (1-ci hissə)

Mühasiblik yolunda çətinliklər: onları minimallaşdımaqdan ötrü üsullar (1-ci hissə)

Xatırlamağa dəyər, on beş il əvvəl mühasib işləmək necə idi. Sən demə, bir çoxları həmin dövrə hələ də nostalji hissləri duyurlar. Gəlin, texnologiyaların inkişafından asılı olmayaraq, indi peşəni müşayiət edən problemlərdən danışaq. Mühasiblərin çətinlikləri psixoloq tərəfindən nəzərdən keçiriləcək və həmin çətinliklərin hansı üsullarla minimuma endirilə biləcəyi izah ediləcəkdir.

Bəzən bizə elə gəlir ki, hardasa başqa yerdə ot, başqa cür yaşıldır, piroq isə daha dadlıdır. Mühasib peşəsi ilə də eyni cür düşüncələr yaranır. Bir çoxlarına elə gəlir ki, mühasib, bu arzuların peşəsidir: özün üçün rahat ofisdə əyləşirsən, ətrafında xoş simalar fırlanır, rəis əla davranır, istənilən vaxt kofe hazırdır. Peşə deyil, lap nağıldır!

Və həqiqətən – nağıldır. Gəlin, bu əhvalatda bir “əlamət” axtaraq.

Adi ofis işçisi iş vəzifələrini yerinə yetirərkən nə ilə qarşılaşmalı olur?

Üzərinə düşən vəzifələrin sayı

Beləliklə, ağrılı olandan başlayaq. Bu vəzifələrin sayıdır. Təcrübəli mühasiblərin baxışlarına görə, hər hansı bir əlavə işi yerinə yetirməyə bir dəfə razlıq verdinsə, bu avtomatik olaraq sənin vəzifənə çevrilir. Burada sağlam arqumentlərə yer yoxdur.

Belə ki, bu yönlü müxtəlif xahişlərdən – əlavə işə görə əlavə ödəniş edilməlidir motivasiyası ilə elə yerindəcə imtina etmək lazımdır. Əlbəttə, belə imtina daha çox təcrübəli mühasiblərdən ötrü keçərli ola bilər. Çünki işinin nədən ibarət olduğunu yaxşı bilən mühasib heç də çox vaxt seçim etmir. Təcrübəyə malik olmayanlar isə nə desələr, elə onu da etməyə hazır olurlar.

İlk dövrdə heç də asan olmayacaq. Hazırda öz təcrübəsini bölüşmək istəyən xeyirxah həmkarlarla az-az rastlaşırsan. O səbəbdən suallarına cavabları sosial şəbəkələrdə axtarmalı olursan və ya kimlərinsə - məs, həmkarlarının “dilindən” oğurlamalı olursan.  Ola bilsin ki, sosial şəbəkələr və ya şəxsi zənglər üçün zaman olmasın –  bu güzəşt öz peşəsinin xeyrinə bəhrəsini verəcəkdir. Bir aydan sonra özünə inam əlavə ediləcək və sizi həsrət və kədərə sürükləyən şərtlər sizdən ötrü hərflər deyil, məna daşıyan sözlər olacaqdır.

 

Baxışların sayı: 13397