Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? (3-cü hissə)

5. Əlçatan maliyyə dərəcələrini tapın

Maliyyə pul və sərmayələr ilə əlaqəli hər şey olsa da, bu, heç də o demək deyildir ki, siz keyfiyyətli maliyyə təhsili almaq üçün əldən-ayaqdan getməlisiniz. Əksinə, siz maliyyə sahəsində təhsil əldə etməkdən ötrü ucuz – təhsil ili üçün 5 000 avrodan az - bakalavr və magistr dərəcəsi tapa bilərsiniz.  

Əslində, hətta aşağıdakı ölkələrin dövlət universitetlərində pulsuz maliyyə dərəcəsi əldə də edə bilərsiniz:


Kadrların seçiminin müasir kriteriyaları və metodları


Norveç: bütün əcnəbi tələbələr üçün maliyyə üzrə pulsuz magistr proqramları

Almaniya: bütün əcnəbi tələbələr üçün maliyyə üzrə pulsuz magistr proqramları

Danimarka: Avropa ittifaqı və Avropa iqtisadi zonasından olan tələbələr üçün pulsuz magistr proqramları

Finlandiya: Avropa ittifaqı və Avropa iqtisadi zonasından olan tələbələr üçün pulsuz magistr proqramları

İsveç: Avropa ittifaqı və Avropa iqtisadi zonasından olan tələbələr üçün pulsuz magistr proqramları

Yuxarıda adları sadalanan ölkələrin bəzilərində siz hətta Avropa Birliyi və Avropa iqtisadi zonasından olmasanız belə, pulsuz dərəcə almaq üçün ərizə verə bilərsiniz.

Bizim məsləhətimiz – həmişə təhsil haqqına uyğun olub olmadığınızı yoxlayın və maliyyə tədqiqatlarınızı dəstəkləmək üçün təqaüd imkanlarını axtarın. Studyportals təqaüdünə müraciət etmək əla başlanğıcdır.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


6. Onlayn-maliyyə dərəcəsi təhsili asanlaşdırır

“Mən maliyyə sahəsini öyrənmək istəyirəm, lakin, mənim artıq karyeram və bütün iş günü üçün digər vəzifələrim vardır. Mən nə edə bilərəm?”

Bu halda, siz maliyyə sahəsində onlayn-bakalavriatura və magistratura axtarmalısınız. Karyeranızı və ya şəxsi həyatınızı təxirə salmadan siz bunu özünüzə uyğun sürətlə öyrənə bilərsiniz. Bu həm də səyahətə, xaricə köçməyə, başqa ölkədə tibbi sığortaya və s. pul xərcləməmək üçün əla bir üsuldur.

 

Tarix : 28.02.2022

Baxışların sayı: 3884