Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? (2-ci hissə)

3. Maliyyə sizə qiymət ilə dəyər arasındakı fərqi öyrədir

“Qiymət – bu, sizin ödədiyinizdir; dəyər – bu, sizin əldə etdiyinizdir” – bizə mühüm dərs verən Uorren Baffetin müdrik sitatıdır: sadəcə ona görə ki, nəyin isə endirimli və ya sövdələşmənin bir hissəsi olması, heç də o demək deyil ki, o, tələb olunan qiymətə uyğundur.

Əslində, bu, bir çox pərakəndə mağazalar tərəfindən istifadə olunan strategiyalardan biridir. Çünki bu strategiya işləyir. Əgər adamlar nəsə alanda düşünürlərsə ki, bu zaman pula qənaət edirlər, belədə onlar böyük ehtimalla onu alacaqlar. Hətta əgər həmin şey qondarma “endirimli qiymətə” dəyməsə belə, yenə də onu alacaqlar.

Özümüzə bir qədər fəlsəfi düşünməyə imkan verək, bu dərs – maliyyə prinsiplərinin əksəriyyəti kimi – ümumilikdə, həyatımızda da tətbiq oluna bilər. Sadəcə siz nəyi isə asanlıqla edə bilirsinizsə və ya nəsə yüksək qiymət tələb etmirsə, bu o demək deyildir ki, həmin şey buna dəyər.  Eyni zamanda kiçik risklər ciddi fəsadlara gətirib çıxara bilər.


Kadrların seçiminin müasir kriteriyaları və metodları


Maliyyədən müdrikliyi əldə etməklə siz həmçinin bunları da öyrənə bilərsiniz:   

• sizə dəyər, sevinc və rahatlıq gətirən şeylərə vaxtında necə sərmayə yatırmağı

• intizamlı olmaq və uzunmüddətli uğur naminə qısamüddətli faydaları necə təxirə salmağı

• fövqəladə hallar və faciələrin baş verməsini gözləmək əvəzinə onlara necə hazırlaşmağı

• niyə bütün yumurtaları eyni zənbilə qoymalı olduğunuzu

• niyə dəyər qazanmağın yeganə yolu başqalarına həqiqi dəyər təklif etməkdir

4. Maliyyə - bu, hər şeydir, amma, cansıxıcı bir şey deyildir

Maliyyə sənayesi heç kimin hətta on il əvvəl belə proqnozlaşdıra bilməyəcəyi şəkildə daim inkişaf edir və dəyişir.

Hal-hazırda, məsələn, son trend maliyyə texnologiyaları və ya fintexdir. Bir neçə il bundan əvvəl kripto-valyutalar dəbdə idi. İlkin dövrdəki populyarlıqlarını itirsələr də, onlar hələ də bir çox adamlar tərəfindən istifadə edilir və dəstəklənirlər. Maliyyə sənayesi daim inkişaf edir və heç kimin hətta on il əvvəl təxmin edə bilmədiyi qədər dəyişir.


Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi


Növbəti maliyyə yeniliyinin universal baza gəliri, qlobal rəqəmsal valyuta və ya heç kim tərəfindən yaradılmayan başqa bir şey olacağından asılı olmayaraq, bir şey aydındır: maliyyə sahəsində oxuyarkən və işləyərkən sizin üçün darıxdırıcı olmayacaq. Bu, cəmiyyətimizin təkamülü yeni texnologiyaların inkişafı ilə sıx bağlı olan sahələrindən biridir, bu da o deməkdir ki, təkmilləşdirmələr qaçılmaz olacaq.

Tarix : 24.02.2022

Baxışların sayı: 4326