Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İshaq Ştern – Oskar Şindlerin şəxsi müsahibi (3-cü hissə)

İshaq Ştern – Oskar Şindlerin şəxsi müsahibi (3-cü hissə)

İshaq Ştern kimdir? Bu adamın adı Stiven Spilberqin məşhur filminə baxmış hər bir kəsə məlumdur. Ştern İshaq – İkinci dünya müharibəsi zamanı min nəfərdən çox yəhudini ölümdən xilas etmiş bir insanın – Oskar Şindlerin mühasibi olub.  

Bryunnlitsə gedən qatar

1944-cü ildə Şindlerin zavodu Krakovdan çıxarıldı. Zavodun işçilərini müasir Çexiyanın tərkibində olan şəhərə daşıdılar. Kişilər və qadınlar ayrı-ayrı qatarlarla daşındılar.

Birinci qatar vaxtında gəlib çatdı. İkinci isə - gecikirdi. Sən demə, qadınların olduğu qatar səhv üzündən həbs düşərgəsinə yola salınmışdı. Şindler şəxsən Auşvits düşərgəsinə yola düşdü. Onun inanılmaz səyləri nəticəsində qadınların da hamısı bir neçə gündən sonra Bryunnlitsə gətirildi. Yalnız Şternin anası geri qayıtmamışdı.


İshaq Ştern – Oskar Şindlerin şəxsi mühasibi (1-ci hissə)

İshaq Ştern – Oskar Şindlerin şəxsi mühasibi (2-ci hissə)


Bu hadisə, əlbəttə ki, qəhrəmanlıqlıqla bağlı yeganə nümunə deyildi. Şindler yəhudiləri ölümə aparan qatarlardan xilas etmişdi. Nəhayət, o, bir çox yəhudi üçün qurtuluşu nəzərdə tutan bir siyahı hazırladı. 

Naməlum faktlar

Oskar Şindlerin xoş niyyətini rədd edən bir neçə tarixi əsər nəşr olunmuşdur. Bu kitabların müəllifləri iddia edirlər ki, o, heç bir siyahı tərtib etməyib (halbuki bu cür 9 siyahı olub). Şindler guya yalnız bir siyahı tutub və ora bir neçə ad yazıb. Yəhudilərin xilas edilməsi versiyasının əleyhdarları Şternin heç vaxt alman iş adamının şirkətində işləmədiyini iddia edirlər. Demək, mühasibin qəhrəmanlığı da şübhəli imiş.

Şindlerin həyat yoldaşı bu fərziyyələri təsdiqləyib. Lakin, daha sonra müsahibələrdən birində Çexoslovakiyada fabrikin həqiqətən heç bir mənfəət gətirmədiyini söyləyib. Emiliya Şindler pul məsələləri ilə məşğul olurdu, ona görə də dəqiq məlumatlı idi.

İstənilən halda, qəhrəmanlığa və fədakarlığa inanmaq istəyirsən. Oskar Şindler və İshak Ştern tarixçilərin ziddiyyətli iddialarına baxmayaraq, əbədi əfsanə olaraq qalacaqlar.

Tarix : 05.11.2021

Baxışların sayı: 13860