İshaq Ştern – Oskar Şindlerin şəxsi mühasibi (1-ci hissə)
İshaq Ştern kimdir? Bu adamın adı Stiven Spilberqin məşhur filminə baxmış hər bir kəsə məlumdur. Ştern İshaq – İkinci dünya müharibəsi zamanı min nəfərdən çox yəhudini ölümdən xilas etmiş bir insanın – Oskar Şindlerin mühasibi olub.
Bioqrafiyası
Bu məqalənin qəhrəmanı yəhudi əsilli polyak ailəsində anadan olub. İshaq Ştern Venada təhsil alıb. Müharibəyə qədər bir neçə şirkətdə çalışıb, mühasib vəzifəsini yerinə yetirib. Krakovun digər yəhudiləri kimi İshaq Ştern də Polşanın işğalından sonra ölümə məhkum edilmişlərdən biri idi. Lakin, iş elə gətirmişdi ki, onun həyatında Oskar Şindler adında həyatsevər və təşəbbüskar bir şəxs peyda olmuşdu.
Bəzi tarixçilər günümüzdə “yəhudilərin xilaskarı” barədə əfsanəni təkzib edirlər. Bəs, həmin insan barədə İshaq Ştern nə deyib?
Şindlerlə tanışlıq
Yəhudi əsilli Polşalı mühasib biznesmenlə 1939-cu ildə tanış olmuşdu. Şindler tipik alman idi. O, müəyyən vaxtlarda İshaq Şternin işlədiyi müəssisəyə gəlirdi. İlk görüşdə o, kommersanta özünün milli mənşəyi barədə məlumat verməkdən çəkinməmişdi. Polşada həmin dövrdə almanlarla ünsiyyət zamanı hər bir yəhudi bunu söyləməyə borclu idi. Şindlerin reaksiyası gözlənilməz olmuşdu. Spilberqin kinofilminin baş qəhrəmanının prototipi olan Spilberq, belə cavab vermişdi: “alman olduğumu xatırlatmağa lüzum yoxdur. Mən bunu bilirəm”.
Zavod
Hələ işğalçılar Krakovda yəhudi gettoları təşkil etməmişdən əvvəl onlar bir neçə qərar çıxarmışdılar. Bundan sonra müsadirə yalnız şəxsi əşyalara tətbiq olunmurdu. Yəhudilər puldan və daşınmaz əmlakdan da məhrum edilmişdilər. Şindlerə polyak-yəhudi müəssisələrindən birini satın almağı məhz, İshaq Ştern tövsiyə etmişdi. Alman kommersantı emallı qablar buraxan zavodun sahibi oldu. İshaq Ştern bu müəssisədə baş mühasib vəzifəsini tutdu.
Tarix : 02.11.2021
Baxışların sayı: 14104