Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İshaq Ştern – Oskar Şindlerin şəxsi mühasibi (2-ci hissə)

İshaq Ştern – Oskar Şindlerin şəxsi mühasibi (2-ci hissə)

İshaq Ştern kimdir? Bu adamın adı Stiven Spilberqin məşhur filminə baxmış hər bir kəsə məlumdur. Ştern İshaq – İkinci dünya müharibəsi zamanı min nəfərdən çox yəhudini ölümdən xilas etmiş bir insanın – Oskar Şindlerin mühasibi olub. 

Bəzi tarixi məlumatlara görə, bu adam heç vaxt Krakovdakı zavodda işləməyib. Əfsanavi siyahının tərtib olunmasında da iştirak etməyib. Amma, Şternin Oskar Şindlerin fəaliyyətinə təsir göstərdiyini, bir çox tarixçilər bütün hallarda etiraf edirlər.

Ştern müəssisəni necə idarə etməyi dəqiq bilirdi. Vaxtilə bu zavodun sahibi onun qardaşı idi. Müəssisə Oskar Şindlerin tabeliyinə keçəndə, iflas ərəfəsində idi. Buna isə düzgün olmayan idarəçilik gətirib çıxarmışdı.


İshaq Ştern – Oskar Şindlerin şəxsi mühasibi (1-ci hissə)


Şindler və Ştern vaxtlarının çoxunu söhbətdə keçirirdilər. Onlar müəssisənin işlərini və iflasdan yayımaqla bağlı üsulları müzakirə edirdilər. Mühasib Şindlerə yəhudi işçi qüvvəsindən istifadə etməyi məsləhət gördü. Axı, bu, polyak işçi qüvvəsindən ucuz idi. Belə bir təklif həm kommersant üçün, həm də Krakovun yəhudi əhalisi üçün faydalı idi.    

Qəhrəmanlıq

Şindler Şternlə yalnız biznes məsələlərini müzakirə etmirdilər. Bəzən onlar uzun sürən fəlsəfi söhbətlər də edirdilər. Belə söhbətlərin birində mühasib şonradan məşhurlaşan bir ifadəni dilə gətirmişdi: “Bir həyatı qurtararkən – bütün dünyanı xilas edirsən”. Bu Talmuddan sitatdır.

İshaq Ştern – o, kimdir?  Alman şirkətinin mühasibi, tutduğu vəziyyətdən istifadə edərək, Polşa yəhudilərinin xilas olmasına kömək edən biri? Şindler öz memuarlarında Şternin qorxmazlığını, onun öz qardaşlarına kömək etməyə hazır olduğunu  qeyd edib. Alman iş adamı əmin edirdi ki, onun avantüristdən minlərlə insan həyatını xilas edənə çevrilməsi, bu təvazökar yəhudi hesabdarı olmadan mümkün olmazdı.

Tarix : 04.11.2021

Baxışların sayı: 13978